Xəbər lenti

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Reporta-a verilən məlumata görə, sentyabrın 10-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 1 həyətyanı sahəyə və evin yaxınlığına, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 44 ədəd partlamamış hərbi sursat (PHS), 111 ədəd partlamış-yanmış mərmi qalıqları və 36 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 868 293 kv.m (86.83 ha) ərazi yoxlanılıb.

Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 min 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 556          Tarix: 11-09-2017, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma