Xəbər lenti

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) tərəfindən hərbi hissənin ətrafına baxış keçirilib, 92 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

"Report" ANAMA-ya istinadən xəbər verir ki, daha 33 ədəd partlamış-yanmış mərmi qalıqları və 660 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 57 500 kv.m (5.75 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 22 gün ərzində 12 ev, 44 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 28 əkin sahəsinə, 9 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 6 222 ədəd partlamamış hərbi sursat (PHS), 3 518 ədəd partlamış-yanmış sursat qalıqları və 8 535 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 36 162 738 kv.m (3 616.27 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 773          Tarix: 18-09-2017, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma