Xəbər lenti

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az -a bildirib ki, baş vermiş hadisədə avtobus sürücüsü tamamilə haqlıdır:

"Ümumi istifadə də hər kəs qaydalara riayət etməlidir. Yeni kart sisteminə keçirilən avtobuslarda sərnişinlər ön qapıdan minməli, arxa qapıdan isə düşməlidirlər. Hadisədə avtobusun sürücüsü tamamilə haqlıdır. Sərnişin qaydaları pozur və üstəlik özünü haqlı hesab edir. Görüntülərdə sürücünü təhqir də edir. Həmin sərnişinin oğlu sürücüyə fiziki təzyiq göstərərək üzünə zərbələr endirib. Bu kimi hallarda hadisəyə aydınlıq gətirilməsi üçün müşahidə kameralarının olması vacibdir. Məhz müşahidə kameraları vasitəsilə hadisənin təfərrüatları operativ şəkildə məlum olur. Bütün sərnişin daşıyan avtobuslarda müşahidə kameralarının olması vacibdir".

***

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, 135 saylı marşrut xəttində sürücü Qüdrət Kərimovu döyən şəxslə bağlı artıq tədbir görülüb.

***

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər paytaxtda avtobus sürücüləri ilə sərnişinlər arasında tez-tez belə hadisələr baş verir.




Ana səhifəyə qayıt        Baxış: 685          Tarix: 19-09-2017, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma