Xəbər lenti
 
Sovetlər birliyi dağıldıqdan sonra qlobal siyastədə Yeni dünya düzəninin qurulması istiqamətində iki tendensiya getməkdədir. "Birincisi, ABŞ və Qərbin müttəfiqliyi ilə birqütblü super Amerika fövqəlbəşər dünya imperiyasının(Bzejinski) qurulmasıdır. İkincisi isə Çin, Rusiya və İranın başında durduğu güc tarazlığına və çoxqütblü sivilizasiyaların bərabərhüquqlu əməkdaşlığına əsaslanan çox qütblü dünyanın qurulması uğrunda mübarizədir. Sovetlər birliyi dağıldıqdan sonra bu imperiyanin varisi olan Rusiya, İran və Çin ilə ABŞ-AB-nin təmsil etdiyi hər iki qütbün Bəsrə (Kəngər) körfəzində və Xəzər dənizində enerji resursları uğrunda mübarizəsi bu iki geosiyasi qütblərin qarsıdurmasını əks etdirirdi ve hal hazirda bu qarsıdurma orta şərqdə, İraqda, Suriyada davam etməkdədir. Soyuq savas bitdikdən sonara qlobal siyasət yaxın dövrlərə qədər ABŞ ve Avropanın üstünlüyü ilə yürüdülürdü. NATO-nun genişlənməsi,Avropanın Şərq tərəfdaşlığı, Avropanın Şərqə dogru genişlənməsi ve s proqramlarla ABS-AB Avrasiyada genişlənməkdə idi. Rusiya da imperiya maraqlarını qorumaq məqsədilə Müstəqil Dövlətlər birliyi, avrasiya ittifaqı kimi təşkilatlar quraraq ABŞ-AB-nin genişlənməsinə qarşı siyasət yürüdürdü. Lakin Amerikanin Əfqanıstanda, Iraqda,livanda insan haqları ve demokratiyanin bərpası adı altında apardıqları işğal siyasətləri ve bu ölkələrin ərazi bütövlüyünün,suverenliyinin təhlükə altina düşməsi,bu ölkələrdə insan haqları ve demokratiyanın bərpası deyil, məzhəb və etnik qarsıdurmalarla parcalanmasını dəstəkləmələri, eyni zamanda ABŞ-AB-də populyar olan İslamofobiya düşüncəsinin yüksəlişi, ABS-Avropa müttəfiqlərinin Orta Sərqdə stabilliyin, vətəndaş həmrəyliyinin, sülhün təminatçısı obrazini dagıtmışdır. ABŞ-AB-nin nufuzu xeyli asagı düşmüşdür. Bu geosiyasi güc Qlobal siyasətdə sülhün yox, Xaosun təmsilçisi kimi qəbul olunmaqdadır. Hərbi isgal, iqtisadi sanksiyalar, beynəlxalq təcrid etmə kimi üsullarla qurulmaqda olan ABŞ-AB-nin super imperiya quruculugu iflas etməkdədir. Çin, Iran,Rusiya müttəfiqliyi və strateji tərəfdaslığı güclənməkdə, güc tarazlıgına əsaslanan çox qütblü dunya siyasətinin əsası qoyulmaqdadır. Lakin onu da qeyd etməliyik ki, ABŞ ve AB eyni sivilizasiya dəyərlərini(yehudi-xristianliq ve yunan-Roma medeniyyəti) liberal demokratiya, parlamentarizm, insan haqlari, sayentizm, sekulyarizm, texnisizm kimi universal ideyalarin təmsilcisi oldugu üçün dünya xalqları daha çox bu ölkələrin liderliyinə meyl etməkdədirlər. Çin-Rusiya-Iran hər biri özunəməxsus sivilizasiya təmsilçisidirlər və dunya siyasetinə yön verə biləcək universal dəyərləri təmsil etmirlər. Bununla birlikdə onları muttəfiq edən faktor ABŞ-AB kültürü ve hegemonluğu qarşısında öz sivilizasiya dəyərlərini və regional fövqəl dövlət statuslarını qorumaq cəhdidir. Hər iki geosiyasi blokun qarşıdurması – Iranın nüvə proqramının icrası və Ukraynada ve Suriyada baş verən hərbi toqquşmalarda özunun pik noqtesinə çatmışdır. ABŞ-AB-nin Iranla nüvə razilasmasının arxasında təkcə heç də H.Ruhaninin mötədil siyasəti dayanmırdı. Iran Ərəb yarımadasında, Əfqanıstanda, Iraqda müxtəlif adlar altında Şiyə geopolitikası, hizbullah hərəkatı ve s adlarla ABŞ-AB siyasətinə qarşı alternativ siyasət izləyirdi və bu qarsıdurma bu regionda ABŞ -nın öndərliyində sülh siyasetinə mane olurdu. Putin Rusiyasi da Iran siyasetinə dəstək verməkdə idi. ABŞ-AB –nin Iranla nuve razilasmasinin arxasında Əfqanıstan, İraq, Suriya probleminin həllində Iranın ABŞ –na güzəştə getməsinə nail olmaq istəyi də ola bilər. Iranın ABŞ-AB ile nüvə razılaşması əldə etdikdən dərhal sonara Çin ile 25 illik strateji tərəfdaslıq muqaviləsi baglaması ve Bəsrə körfəzində hərbi sınaqlar keçirməsi,eyni zamanda Rusiyanin Qara dənizdə ve Xəzər dənizində hərbi sınaqlar keçirməsi bir daha göstərir ki, bir qütblü dünya quruculuğu tendensiyası çox qütblü dünya quruculuğu ilə əvəz olunmaqdadır. İranın nüvə razılaşması əldə etdikdən sonra Bəsrə körfəzində böyük hərbi sinaq keçirmesi dünyaya İranın Bəsrə körfəzində hələ də güc, söz sahibi olduğunun nümayişi idi. Eyni zamanda, Bəsrə körfəzində (hətta Xəzərdə)enerji resurslarının bölünməsində İranla razılaşılmanin əsas şert oldugunu diqqətə çatdırmaq idi. Bilirsiniz ki, Bəsrə körfəzində dünyanın neft ehtiyatının 67 faizi (Xezerde 17 faiz) yerləşir.
Mən ABŞ-AB liderliyində tək qütblü dunyanın qurulmasının qəti əleyhinəyəm.
Mən ABŞ-AB liderliyində tək qütblü dunyanın qurulmasının qəti əleyhinəyəm. Son illərin təcrübəsi göstərir ki, tək qütblü dünya siyasəti qlobal ədaləti ve xalqlarin bərabərhüquqlu əməkdaşlığını təmin edə bilmir, daha çox Qərb-Amerikan gücünün ve kültürünün gücə əsaslanan ekspansıyasını həyata kecirir. BMT, Dunya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq valyuta Fondu, Avropa Şurası, Avropa Parlamenti ve s. kimi təşkilatlar Amerika-Avropa ekspansiyasını qlobal şəkildə həyata keçirən təşkilatlardır.
Bununla bərabər mən ABŞ-AB-nin təmsil etdiyi demokratiyanin tərəfdarıyam.
Lakin bununla bərabər mən demokratiyanin tərəfdarıyam. SSRI-nin çöküşü ilə Dünya Sosyalizmin Marksizm-Leninizm interperatasiyasından-Kommunizmdən imtina etdi. Keçmiş Kommunist düşərgəsi ölkələri hələ liberal demokratik sistemin nə oldugunu təcrübədən kecirib qurtarmamış xəyal qırıqlığına ugradılmaqdadır. Zaman az verildi bu təcrübəni qazanmaga sanki. Qərb-Amerika birliyinin gücə əsaslanan imperiya ve ekspansiya siyasəti beşeriyyeti bir sual qarşısında qoyur. Qərbləşmədən, öz kültürəl identikliyini qorumaqla modernleşmək mümkündürmü? Qərb –Amerikan periferiyasına çevrilmədən demokratikleşmək mümkündürmü. Liberal-demokratiya ilə, milli-demiokratiya modellərindən hansı milli kültürəl identikliyi muhafizə edir? Bütün dünya Vesternizasiyaya məruz qaldıqdan sonara ,indi suverenlik təkcə ərazi-dövlət suverenliyi anlayışı ilə məhdudlaşmır, indi etnik arxetipləri ve sivilizasiya kodlarını(din və mədəniyyət) qorumaq, sivilizasiya dəyərlərini qorumaqla milli identikliyini ifadə etmək də suverenlik aktının təsdiqidir.
Mən güc tarazlığına əsaslanan çoxqütblü sivilizasiyaların bərabərhüquqlu əməkdaşlığına əsaslanan bir dünyanın qurulmasının tərəfdarıyam. Ancaq çoxqütblü dünyanın qurulması prosesinde Çin, Rusiya və İranın baş actor rolunda çıxış etməsini qəbul edə bilmərəm.
Mən güc tarazlıgı prinsipinə söykənən çoxqütblü sivilizasiyaların bərabərhüquqlu əməkdaşlığına əsaslanan bir dünyanın qurulmasının tərəfdarıyam. Ancaq çoxqütblü dünyanın qurulması prosesinde Çin, Rusiya və İranın baş actor rolunda çıxış etməsini qəbul edə bilmərəm.
Çoxqütblü dünyanın qurulması siyasətini dəstəkləyən Çin, Rusiya və İran türk xalqlarının yaşadığı ərazilərdə qurulmus dövlətlərdir, türk cografiyalarını işğal etmiş ölkələrdir.Cunki Iran, Çin ve Rusiya imperiyalarinin erazisinin və əhalisinin yarıdan çoxu Türk torpaqlarıdır, türk xalqlarının yaşadığı ərazilərdir. Bu dövlətlər də çox güclü olduğu təqdirdə türk sivilaziyası, turk maraqlari zərbə altında qalır. Ona görədə güc tarazlıgına əsaslanan çox qütblü dünya düzəninin qurulması İranın,Rusiyanın və Çinin öndərliyində getməsi Türk millətinin maraqlarına ziddir. İranın Qərblə nüvə razılaşması və Çinlə 25 illik strateji müqavilə imzalaması bu ölkənin Orta Şərqdə regional fövqəldövlətə çevrilməsinə səbəb olacaqdır. Bunun qarşısını almagın yeganə yolu İranda yaşayan Türk xalqlarının azadlıq ve demokratikləşmə ugrunda mübarizəsini dəstəkləməklə iranın indiki dövlət şəklini dəyişdirməkdir. Artıq Türkiyə həm daxili savaşlara, həm də Rusiya ilə savaşlara çəkilmək təhlükəsi qarşısındadır və daxili savaşlar, 30 illik PKK terrorizminə məruz qalması Türkiyənin regional fövqəl dövlət mövqeyini itirməsinə səbəb olmaqdadır.
İran, Çin və Rusiyanın müttəfiq şəkildə hərəkət etmələri Azərbaycan və Türkiyəni ABŞ və Qərbin strateji müttəfiqi olmaq seçimi qarşısında qoyur.
İran, Çin və Rusiyanın müttəfiq şəkildə hərəkət etmələri Azərbaycan və Türkiyəni ABŞ və Qərbin strateji müttəfiqi olmaq seçimi qarşısında qoyur. Təbii ki, biz İran, Çin və Rusiyanın müttəfiqi ola bilmərik. Çünki İran və Rusiya bizim ərazi bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi daim təhdid edən ölkələrdir. Ona görə də bizim Avro-Atlantik blokunun yanında yer almaqdan başqa çarəmiz yoxdur. .Lakin mən Turkiyənin,Azərbaycanın Qərb-Amerikan birliyinin periferiyası, protektoratı olmasından danşmıram,herçend ki, bu gün bu beledir, mən sivilizasiyalaşmiş, müstəqil strateji-hərbi-siyasi bloka çevrilen Türk sivilizasiyasi ilə ABD-AB arasinda berabər tərəfdaşlığa əsaslanan strateji müttəfiqlikdən danışıram.
Bununla bərabər qeyd etməliyəm ki, ABŞ və AB başa düşməlidir ki, İranın, Rusiyanın,Çinin regional və qlobal fövqəldövlətə çevrilməsinin qarşısını alan əsas faktor bu ölkələrdə yaşayan Türk xalqlarının milli müstəqillik mübarizələrinin dəstəklənməsidir. Bu dövlətlər Türk xalqlarının mübarizəsi ilə parçalanacaqdır və Avrasiyanın böyük ərazilərinə sahib olan Rusiya, İran, Çin parçalanacagı təqdirdə Avrasiyanın siyasi xəritəsi tamamilə dəyişəcəkdir. Bu üç dövlətin taleyi və gələcəyi, mövcudlugu bu ölkələr içində yaşayan Türk millətinin bir kıpırdanışına və siyasi iradəsinə baglıdır.
Türk dövlətləri türk sivilizasiyasının qurulmasına çalışmalıdırlar.
İranı regional fövqəl dövlətə çevirən faktor elmi-texnoloji səviyyəsi, iqtisadi-kültürəl inkişfı, əhali resursları, sənayeləşmə səviyyəsi deyil, geopolitik quruluşudur. İran Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya və Qafqazlara nüfuz və təsir etmək gücünə malikdir. İran Bəsrə körfəzi vasitəsilə bütün Ərəb yarımadasına nüfuz etmək gücünə malikdir, körfəzdəki enerji siyasətinə təsir etməklə yanaşı şiyə geopolitikası ilə ərəb ölkələrinin daxili siyasi sabitliyinə təsir etməkdədir. Ərəb ölkələrində anti iran əhval ruhiyyəsi hökm sürməkdədir və ərəblər başa düşməlidir ki, iranın şiyə geopolitikasından yaxa qurtarmagın yeganə yolu, İrandakı demokratik, sekulyar,məzhəb üstü Türk milli mübarizəsini dəstəkləmək yeganə çıxış yoludur. İran daxilində Əhvaz bölgəsində yaşayan ərəblər də İran zülmündən qurtarmaq üçün Güney Azərbaycan hərəkatına dəstək verməlidirlər. İran Bəsrə körfəzinə baglı Hörmüz bogazı və Ümman dənizi vasitəsilə Hind okeanına çıxmaqla "Ariya hipotezi” ilə Hindistana və Hind okeanındakı Qərb maraqlarına təsir etmək gücünə malikdir. İran Güney Azərbaycanın Qərb torpaqları vasitəsilə (Qərbi Azərbaycan Ostanı) Türkiyə ilə quru sərhədlərinə malikdir və şiyə geopolitikası ilə Türkiyənin Şərqi Anadolu bölgəsinə nüfuz etməklə bərabər ,eyni zamanda PKK-nı ve buradakı Kurd terrorizmini dəstəklədiyi ücün Türkiyənin iç istikrarını zərbə altında qoyur. Iran məzhəb faktoruna esaslanmaqla -ideoloji cəhətdən Şərqi Anadolu bölgəsi, Kərkük və Azərbaycana nüfuz etmək gücünə malikdir. İran quru sərhədlərinə malik olduğu eyni etnik-irq-kültürəl özelliklərə malik olduğu Əfqanıstan və Pakistanın daxili siyasətinə təsir etmək imkanına malikdir. Əgər İranın nüvə silahına malik olması bütün region ölkələrinin təhlükəsizliyini təhdid edirdisə, eyni zamanda iranın regional fövqəl dövlətə çevrilməsi də yenə qonşu ölkələrin təhlükəsizliyini təhdid etməkdədir. Bu regionları və ölkələri İranın təsirindən, siyasi islam təhdidlərindən qurtarmaq üçün sekulyar xarakterli Güney Azərbaycan Milli Hərəkatına dəstək vermək ən uyğun yoldur.
İran, Rusiya və Çin müttəfiqliyi İran daxilindəki Azərbaycan Milli hərəkatına neqativ təsir göstərir.
Ancaq ABŞ və Qərbin də milli hərəkatımızın yanında olacağı da birmənalı deyil. Bu yalnız Quzey Azərbaycan Respublikası demokratik topluma çevriləcəyi təqdirdə mümkün ola bilər. Lakin bu da hələlik ehtimaldir. Beləki, Avro-Atlantik bloka daxil olan ölkələrin Erməni soyqırımını tanıması, Qarabagda erməni dövlətinin qurulmasina gizli siyasi-huquqi –hərbi dəstəyin verilməsi, Iraqda ve Suriyada Türk milli maraqlarina zidd olaraq Kürd dövlətlərinin qurulmasi, Türkiyədə Kürd etnik ayrıçalığının gücləndirilmesi ilə Türkiyənin bölunməsinə çalışılması kimi faktorlar bizi Avro-Atlantik bloka güvənməməyə sövq edir.
Bütün Dünya Türkləri Türkiyənin Ordusuna çevrilməlidir.
Qafqazda xristian Erməni dövlətinin yaranması, İraq-Suriya-Türkiyə-Güney Azərbaycanın Urmu bölgəsi də daxil olmqla burda Kürdüstanın yaradılması siyasətində Avro-Atlantik blokla, İran-Rusiya-Çin strateji müttəfiqlərinin siyasətləri üst-üstə düşməkdədir. Çünki bu ölkələr başa düşürlər ki, Avrasiyanın gələcək siyasi xəritəsini ,yeni dünya düzənini yenə də təkrar edirəm məhz bir kıpırdanışla Türk milləti qurmaq potensialına malikdir. Bunu önləmək məqsədilə Türkiyəni parçalmaq, yeni savaşlara çəkmək planlaşdırılır. Çünki Türklük məfkurəsinin və Panturanizm ideyalarının təmsilçisi olan ölkə illərdən bəri Türkiyə olmuşdur. Siyasi istiqlalını qorumaqla Türkiyə bu ideyaları bizə, əsir türk ellərinə ötürmək missiyasını yerinə yetirmişdir həm də. indi bütün Türk milləti Türkiyənin Ordusuna çevrilməlidir. Bütün Türk aydınları Türkçülük, Panturanizm ideyalarına sarılmalıdır və Yeni dünya düzəninin Türk millətinin maraqlarına uygun qurulmasına nail olmalıdır. Əgər bu olmasa Türkiyəni savaşa sürükləyərək məhv edəcəklər, çünki həm Qərbin, həm Rusiyanın şüur altında belə bir baxış hakimdir ki, Türkiyə Bizans imperiyasını məglub etmişdir. Tarixçilərə görə Bizansın iki varisi var. Rusiya-Bizansın Pravaslav dünyagörüşünü, Qərbi Avropa- kültür və incəsənətini(Ellinizmi) mənimsəmişdir. Tarix təhtəlşüurda qərarlaşaraq gələcək siyasi konsepsiyalarda və strategiyaların qurulmasında daim iştirak edir. Keçmiş gələcəyə yön verir. Diqqət edirsinizsə hazırda Suriyada Türkiyənin PKK-nın PYD qanadını vurması həm ABŞ-nı,həm İran və Rusiyanı narahat edir . Niyə, çünki Suriyada kürd dövlətinin qurulması ilə Türkiyə Suriya və İraq kürdüstanı ilə dövrələnəcək və Türkiyənin Kürdlər yaşayan əraziləri də bu Kürdüstana qatılmaqla əslində Böyük kürdüstan yaradılacaq və Türkiyə bölünəcək. Deməli biz buradan nə nəticə çıxarırıq. Həm ABŞ-AB öndərliyində qurulan Tək qütblü dünya düzəni, Həm İran-Çin-Rusiya öndərliyində qurulan çox qütblü dünya düzəni Türk millətinə qarşı müttəfiq kimi birləşə bilirlər. Və biz, Türk Dünyası olaraq heç bir alternativ proje ortalıga qoymuruq. Məsələn İraqdakı Kərkük Türkləri ilə Suriyadakı Türkmənləin toplam sayı 5 milyondan çoxdur. O zaman nədən burda yeni bir Türk dövləti qurulmasın. Bu ideya mediyanın gündəmindən heç düşməməlidir məncə.
Türk Səfəvi-Afşar-Qacar dövlətlərinin varisi kimi hakimiyyəti ələ alaraq Iranı Turana çevirmək əsas şərtdir.
Başqa bir proje də ondan ibarətdir ki, Turk Səvəvi-Afşar-Qacar dövlətlərinin varisi kimi hakimiyyəti ələ alaraq Iranı Turana cevirmək mümkündür.
Buna görə də çıxış yolu Türk sivilizasiyasının gücləndirilməsi, türk hərbi-siyasi-strateji blokunun qurulmasına nail olmaq əsas hədəfimiz olmalıdır. Bu isə Guney Azərbaycanın istiqlalından asılıdır, hətta gərəkirsə siyasi şərtlərə uygun olaraq Iranda fars millətinin ağaliğina son qoymaq,Türk millətinin Türk Səfəvi-Afşar-Qacar dövlətlərinin varisi kimi hakimiyyəti ələ alaraq Iranı Turana çevirmək şərtlərinə baglıdır.
Bakı-Təbriz-Ankara Türklük bilinci yüksəlməkdədir. Bakı-Təbriz-Ankara mərkəzli konfederativ dövlət qurmaq mümkündür.
Səfəvi imperatorlugunun qurulmasindan sonara, son 400 ildə ilk dəfə şiyə məzhəb duşuncəsinin fövqundə duran bir düşuncə, Bakı-Təbriz - Ankara mərkəzli siyasi-ideoloji dünyagörüşü milli hərəkatımıza hakim olub. Bu, Türk Milli hərəkatının ən böyük üstünlüyüdür. Bu təkcə Guney Azərbaycanda deyil, Türkiyə Türklərində də getdikce yayılan bir düşüncədir. Bu eyni Iran-Aryan kültürünün daşıyıcıları olan fars müstəmləkəsinə, Kürd terrorizminə qarşı Türk birliyi məfkurəsidir. Türklük bilinci yüksəldikcə şiyə-sunni məzhəbləri üstü bir baxış Turk toplumuna hakim olduqca, Bakı-Təbriz-Ankara siyasi-iqtisadi-hərbi birliyi də güclənəcək və bir gün gercək olacaq. Gələcəkdə Baki-Təbriz-Ankara mərkəzli konfederativ bir dövlət belə qurmaq mümkündür. Ziya Gökalp (Z.Gökalp "Türkçülüyün əsasları” əsərində bu birliyi Oğuz Birliyi adlandırmışdı) ın təbirincə desək, bir Oğuz Birliyi qurulacaqdır. Oğuz Birliyi isə sunni- şiyə məzhəb dünyagörüşlərini əsla qəbul etməyən,Türk məfkurəsinə sığınan bir birlik olacaqdır.
Hazirda, İran, Rusiya və Çin müttəfiqliyi güclənməsinə baxmayaraq, məhz Azərbaycan və Türkiyə türklərinin birgə əməkdaşlığı ilə öz mövqeyimizi beynəlxalq siyasətdə qoruya bilərik.Və bu Irandakı milli hərəkatımızı daha da gücləndirə bilər. Hətta Türkiyəni də bölünmələrdən xilas edə bilər. Hansı dünya düzəni qurulmasından asılı olmayaraq, bizim milli hərəkatımıza pozitiv təsir göstərə bilər.
Hazırkı vəziyyət Qərb və ABŞ-la strateji müttəfiqlikdən başqa yolumuz olmadığını bizə deyir. Ancaq müstəqil bütöv Azərbaycanın qurulması və ya İranda türklərin hakimiyyətə gəlməsində Avro-Atlantik blokun bizi dəstəkləyəcəyini demək mümkün deyil. Bir daha təkrar edirəm, çıxış yolu türk dövlətlərinin öz aralarındakı inteqrasiya prosesinə çox ciddi önəm verərək türk sivilizasiyasının qurulmasına çalışmaqdır. Bu da milli hərəkatımıza potensial dayaq və dəstək olardı.


Yasəmən Qaraqoyunlu
AMEA-nın əməkdaşı
Fəlsəfə üzrə fəlsəfə doktoru


Ana səhifəyə qayıt        Baxış: 1 925          Tarix: 1-04-2017, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma