1099-cu ildə Yerusəlimə hücum zamanı qırğın. Miniatür, XIII əsr
Vladimir Yuqasov
regnum.ru, 28.11.2017
Roma papası II Urban 1095-ci il noyabrın 27-də Klermon qurultayında I xaç yürüşünü elan edib. Papa II Urbanın kilsə qurultayındakı nitqi mübaliğələrlə doluydu. O, müsəlman torpaqlarında xristianlara zülmdən, Fələstinin sərvətindən danışaraq, gen-bol və tələb olunduğu kimi, Müqəddəs Kitaba olduqca sərbəst şəkildə söykənməklə deyilmişləri kəsərdən salıb.
Hakim sinif təmsilçisinin Qərbdən yardım diləyən Vizantiyaya dəstəkdə, vur-tut, Papalıq və Avropa feodalları üçün əlverişli hərbi ekspedisiyaya yol açmalı olan (sanki) adi qeyri-səmimi çıxışı xeyli böyük nəticələr törədib. “Yerusəlim – yerüzünün göbəyidir, başqalarıyla müqayisədə ən bərəkətli diyardır, bu torpaq sanki ikinci cənnətdir. Bəni-adəmin günahlarını yuyan onu öz gəlişiylə şöhrətləndirib, əməlləriylə ona zinət verib, iztirabıyla əziz tutub, ölümüylə günahını yuyub, dəfniylə əbədiləşdirib (söhbət İsa peyğəmbərdən gedir-tərc.) Və yerüzünün mərkəzində yerləşən bu həşəmətli şəhər indi öz düşmənlərinin əsarətindədir və Allahdan xəbərsiz xalqlar tərəfindən bütrəpərstlik ayinləri üçün istifadə olunur. O, qurtuluşa can atır və nicat həsrətindədir, elə hey dua edir ki, onun dadına yetməyə gedəsiniz. O sizdən yardım gözləyir, çünki, artıq söylədiyimiz kimi, mövcud olan başqa xalqların qarşısında Allah tərəfindən silahın təəccüblü qüdrətinə layiq görülübsünüz. Öz günahlarınızın bağışlanması naminə bu yola qədəm qoyun, Səmavi Səltənətin saf şöhrətinə imanla aşıb daşın”.
Demək olmaz ki, xristianlar xaçlılar gələnədək Fələstində sakit yaşayır və əsla sıxışdırılmırdı. İslam dünyası o zaman Fələstində səlcuq türklərinin sünni, Misirdə şilərin olduğu iki yerə bölünmüşdü; mömin müsəlmanlar arasında ixtilaflar baş verirdi və bu prosesdə başqaları ilə bərabər xristianlar da ziyan çəkə bilərdi. Digər tərəfdən, papa II Urbanın “səlcuqların mehrabları nəcisə bulaması, xristianları sünnət etməsi və sünnət edilən hissələrin mehrabın üzərinə və yaxud xaç suyu üçün çənə atdıqlarına” inandırması aşkar şişirtmə idi.
Biyabannişin Pyotr xaçlılara Yerusəlimin yolunu göstərir. Fransa miniatürü. 1270
II Urbanın Avropa zadəganlığına ünvanlanmış çıxışı çox geniş yayıldı. Həyat səviyyəsi Konstantinopolun adi şəhərlisi ilə tutuşdurula biləcək Qərbi Avropa lendlordu (torpaq mülkiyyətçisi-tərc.) tamamilə ümid edə bilərdi ki, uzaq şərqdə – Müqəddəs torpaqda onu ikinci cənnət gözləyəcək. Lendlordların ardınca kilsə xorunun üzvləri işğal olunmuş torpaqlarda öz desyatinlərini (desyatin-1,092 ha) alırdılar; İtaliya tacirləri irəlidə xaç və qılıncla özləri üçün Şərqi Aralıq dənizi bölgəsinin bazarlarını kəşf edirdilər… Papa güclü effetktə ümidliydisə, onun gözləntiləri tamamilə doğrulmuşdu.
Avropa feodallarının ilk xaç yürüşü
“Kim burada bədbəxt və yoxsuldursa, orada şad və zəngin olacaq”
I xaş yürüşündən savayı on min nəfərlik alman ordusunun Almaniya torpaqlarındakı qeyri-xristianlara, yəhudilərə qarşı yürüşü də Klermon qurultayındakı çıxışa reaksiya oldu. Yəhudilər üçün qırğın və qətllərin alternativi zorla xaç suyuna çəkilmək idi. Papa II Urban qırğınlara qarşı çıxış etdi, amma artıq onun bu nitqi çox az adamı maraqlandırırdı, çünki Almaniyada qeyri-xristianların mülkünü əlindən almaq imkanı çoxları üçün Fələstinə qədər minlərlə kilometr təhlükəli səfərdən üstün idi.
Fələstində olmuş rahib Pyotr Amenli (Zahid Pyotr) xaç yürüşünə çağırışı hərarətlə bəyənirdi. Qocaları, qadınları və uşaqları xaç yürüşünə götürməmək haqda – o cümlədən qurultayda – aydın izahatlara baxmayaraq, Pyotr yoxsullar ordusunu təşkil edən və Yerusəlimə aparanlar içində olub. Əlbəttə, bu plandan yaxşı heç nə alına bilməzdi. Əlli mindən çox yoxsul zəvvar öz ehtiyatlarını sürətlə tükətdi. Macarıstan və Bolqarıstandan səfər praktik olaraq ərzaqsız keçib. Yoxsul xaçlılar çapovulluqla ərzaq əldə edirdi, yerli əhali amansızcasına müqavimət göstərirdi və xaçlıların dörddə birini qırdı. Səlcuq türklərinin ordusu ilə üzləşəndən sonra Kiçik Asiyaya keçə biləcək otuz min xaçlıdan türklərin əsir götürüb köləliyə satdığı, təxminən, üç min xaçlı salamat qaldı.
Papa II Urban Klermon kilsəsində xaç yürüşünə xeyir-dua verir
Müqəddəs torpağa yürüşə hazırlaşan Avropa zadəganlarına səlcuqların və yaxud Almaniya ərazisində talançıların məhv etdiyi yoxsullar ordusundan daha çox vaxt tələb olunurdu. Avropanın müxtəlif vilayətlərinin cəngavər dəstələri 1096-cı ilin avqustuna doğru Müqəddəs torpağa yollandılar.
Huqo Vermandua I xaç yürüşünün rəhbərlərindən biriydi
Xaçlılar 1098-ci ilin əvvəlində Şimali Mesopotomiyada Edes qalasını ələ keçirdilər. Xaç yürüşü nəticə verməyə başladı – xaçlıların ilk dövləti – Edes qraflığı quruldu. Xaçlıların əsas qoşunu bunun ardınca Suriyanın ən böyük şəhərlərindən biri Antioxiyanı mühasirəyə aldı. Xaçlılar Antioxiya qüllələrindən birinin müdafiəçisinin satqınlığı sayəsində şəhəri ələ keçirdilər. Antioxiya knyazlığı belə qurulub.
Xaçlılar 1099-un yayında Yerusəlimə hücum etdilər. Müdafiəsi xaç yürüşünün başlanğıcında xaçlıların bəyan edilmiş məqsədi olan şəhər xaçlılar tərəfindən qarət edildi, əhalisi kütləvi şəkildə qətliama yetirildi. XII əsrin əvvəlində Fələstində xaçlıların dörd dövləti formalaşdı: Cənubi Suriya və Fələstin ərazilərində Qodfrid Bulyonlunun başçılığı ilə Yerusəlim krallığı, ondan şimalda Tripoli knyazlığı, Antioxiya knyazlığı və Edes qraflığı.
II Robert Flandrlı. Birinci xaç yürüşü iştirakçısı
Xaçlılar Müqəddəs torpaqda əraziləri qəsb etdi, Avropadakı kimi feodal qaydaları qurmağa cəhd etdilər. Yerli sakinləri məhsulun üçdə birindən yarısına qədərini verməyə məcbur etdilər. Xaç yürüşündən yaranan dövlətlər səpələnmiş oldu, xaçlıların özlərini ədavətli münasibət əhatə etdi. Yerusəlimə yardım müqəddəs missiyası və günahların bağışlanması adi qarətə və xalqların istismarına qədər nüfuzdan düşdü.
Papa II Urbanın nitqi hakim siniflərin tarixi dopdolu olan xeyirxah təklif adıyla varlanmağa adi çağırışdansa həqiqətən də nəsə hədsiz dərəcədə yekəxana çıxdı. O, acgözlük və əxlaqı, hətta Allahı da özünə tabe edən “yuxarılar”ın həyasız yalanının rəmzi oldu.
Bu gün Xaç yürüşlərini dinə hücum üçün istifadə edirlər – bu dəfə baxış son dərəcə dardır. Gerçək problem bundadır ki, ağalıq və varlanmağa susamağı pəhriz əxlaqıyla cilovlamaq heç vaxt mümkün olmayıb. Əksinə, əxlaq və din bu halda acgözlük və hakimiyyətsevərliyin alətinə çevrilir. Hakim sinif həmişə özünün ən rəzil maraqlarıyla hərəkət edəcək və bunun xatirinə hər şeyi və hər kəsi qurban verəcək. Ancaq bu elitanı aradan qaldırmaq və hakimiyyəti xalqa verməklə ümid etmək olar ki, xaç yürüşləri (hansı formanı alır-alsın) bir daha heç vaxt təkrar olunmayacaq.
Tərcümə Strateq.az-ındır.
Paylaş: