Xəbər lenti


Qarabağda mövcud olan atəşkəs rejimi şəraitində Rusiyadan Ermənistana istər yük, istərsə də təyyarə reyslərinin sayı artıb.
Modern.az xəbər verir ki, Ermənistanın Rusiyadakı səfirliyi oktyabrın 13-də Moskvadan Yerevana 3 yeni təyyarə reysinin uçuşunu anons edib.
 
“Nord Star” şirkəri oktyabrın 13-də Bakı vaxtı ilə saat 15:10, 17:10 və 19:10-da Moskvadan Yerevana uçuş həyata keçirəcək.

Təyyarə reysləri ilə Rusiyada yaşayan erməni döyüşçülərin Qarabağa aparılması istisna olunmur.

Belə ki, “Rusiya Erməniləri Birliyi”nin sədri Ara Abramyan bir müddət öncə, “Qarabağa 20 min döyüşçü göndərməyə hazırıq” – deyə açıqlama vermişdi.



Ana səhifəyə qayıt        Baxış: 2 957          Tarix: 12-10-2020, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma