Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Tikintiyə icazələrin verilməsi üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Fərman imzalayıb.

Qanuna edilmiş dəyişiklikləri İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə şərh edib.

N.Hacızadə Azərtac-a bildirib ki, yeni Fərman tikinti fəaliyyəti ilə məşğul olan sahibkarların fəaliyyətini bir qədər də sadələşdirəcək.

"Qanuna edilən dəyişikliklər sahibkarların tikinti aparmasını daha da asanlaşdıracaq və tikinti ilə məşğul olan şəxslərin fəaliyyətini bir qədər də stimullaşdıracaq. Belə ki, Qanuna əlavə edilən 75.1-1-ci yarımbəndə əsasən, sifarişçi sahibkar tikintiyə icazə üçün müraciət etməzdən əvvəl icazə parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər və sözügedən qurum müraciəti 10 gün müddətində cavablandırmalıdır. Qanuna edilən dəyişikliklərin daha bir özəlliyi tələb olunan günlərin azaldılmasıdır ki, bu məcəllənin 75.3 və 75.4 –cü bəndində qeyd edilib. Maddələrə əsasən, müvafiq icra hakimiyyəti orqanına tikintiyə dair ərizə və tikinti layihəsinin təqdim edildiyi zaman 5 iş günündən 3 iş gününə azaldılıb. Habelə müvafiq icra hakimiyyəti tərəfindən tikintiyə icazə ilə fəaliyyət sferasına toxunulan aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu 15 gün müddətindən, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 günə endirilib".

Bundan əlavə, texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin "ASAN Kommunal"a verildiyini qeyd edən Nicat Hacızadə, bunun tikinti sahəsində sahibkarların fəaliyyətinin daha intensivləşməsinə, şəffaf və etibarlı mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini əlavə edib: 

"Məcəlləyə edilən dəyişiklər texniki şərtlərin və layihə-smeta sənədlərinin "ASAN Kommunal" mərkəzlərinə verilib ki, bu proses sənədləri sahibkarların daha sürətli şəkildə əldə etməsi ilə nəticələnəcək. Beləliklə, Prezidentin Qanuna etdiyi dəyişiklik tikinti sektorunda daha da canlanma yaradacaq və tikinti icazələrinin verilməsi indikatoru üzrə Azərbaycanın mövqeyinin beynəlxalq reytinqlərdə, xüsusilə "Doing Business" hesabatında yüksəlməsini bir qədər də sürətləndirəcək".




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 25-05-2017, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma