Xəbər lenti

Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” MMC ilə xərçəng xəstələrinin müalicəsi və müayinəsi üçün dərman, sarğı ləvazimatları və materialları və digər materialların alınması üçün müqavilə bağlayıb. Bu tərəflər arasında bu predmet üzrə ikinci publik müqavilədir.

Elektron Satınalmaların Vahid Reyestrinə əsasən, “Azəri Med” MMC-nin 9 avqust tarixli tender təklifinin dəyəri 13 milyon 350 min manat (7 853 min dollar) təşkil edir.

Bu ilin fevral ayında MOM bu şirkətlə 10.2 milyon manat (6 milyon dollar) məbləğində dərman, sarğı və digər materialların alınması üzrə müqavilə bağlayıb. 2018-ci il ərzində MOM və “Azəri Med” MMC bu malların alınması üçün cəmi 25 milyon 699,8 min manatlıq dörd müqavilə imzalayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 509          Tarix: 16-08-2019, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma