Xəbər lenti

 

AFFA yanında Media Komitəsində istefa baş verib. AzToday.az xəbər verir ki, tanınmış həmkarımız Elçin Cəlilov 2-ci ildir üzvü olduğu qurumdan gedib.

O, bu haqda “Facebook”da şəxsi səhifəsində status yazıb: “Bir müddәtdi düşündüyüm haqda yekun qәrar verdim. AFFA yanında Media Komitәsinin bugünkü iclasında qurumun İdarә Heyәtindәn, eyni zamanda İntizam Komissiyasından ayrıldım. Düşünürәm ki, olduğun yerdә sәnin inkişafın üçün zәmin yoxdursa vә sәn nәyinsә inkişafında sәbәb ola bilmirsәnsә, orda qalmağın mәnası yoxdu. Daha әvvәl dә bildirmişdim, komitә ideyası yarananda mәnim buna qatılmağıma sәbәb o idi ki, ciddi dәyişikliyә, medianın irәliyә tәkanına rol oynayaq. Tәәssüf ki, gördüyümüz qәdәr mümkün oldu…

Mәnә sәs vermiş hәr bir kәsә minnәtdaram!”.

Xatırladaq ki, Cəlilov Futbolpress.az saytının baş redaktorudu.




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 31-05-2017, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma