Xəbər lenti

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyi “İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbirlərin və esse müsabiqəsinin təşkili” layihəsi çərçivəsində esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimini keçirib.

 

Tədbiri açan İctimai Birliyin sədri Mütəllim Rəhimov deyib ki, görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar elan edilmiş esse müsabiqəsinə 112 esse təqdim edilmişdir. “Müəlliflər arasında həm universitet, həm də kollec tələbələri olmuşdur. Esselər İctimai Birliyin ekspertləri tərəfindən yoxlanılmış, bir neçə aspektdən təhlil edilmişdir. Yenilik dərəcəsi, məntiqi ardıcıllıq, dilin səlisliyi, Nəsiminin həyat və yaradıcılığını daha anlamlı şəkildə ifadə etmək bacarıqları qiymətləndirilmişdir. Nəticədə 17 ən yaxşı esse seçilərək kitabça şəklində çap edilmişdir. İlk üç yeri tutanlar isə xüsusi mükafata layiq görülmüşlər” –M.Rəhimov çıxışı zamanı bildirib.

 

M.Rəhimov çıxışı zamanı qaliblərin adlarını da elan edib. O bildirib ki, Bakı Avrasiya Universitetinin tələbəsi Arzu Məmmədova 1-ci yerə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Xalid Məmmədov ikinci yerə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Anar İbrahimov isə 3-cü yerə layiq görülüb.  Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 




Ana səhifəyə qayıt        Baxış: 405          Tarix: 29-11-2019, 01:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma