Xəbər lenti

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsilə “Kitab Evi” İctimai Birliyinin “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” adlı layihəsi əsasında “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitab nəşr olundu. 
Kitabın tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova, bədii redaktor və ön sözün müəllifi tarix elmləri doktoru, professor Şahin Fazil (Fərzəliyev), qəzəlləri toplayan BAU-nin filologiya fakültəsinin tələbəsi, şair Ümid Nəccari, fars dilindən bədii və sətri tərcümə edən ədəbi tənqidçi, şair, tərcüməçi Dalğa Xatınoğlu, üz qapağındakı şəklin müəllifi şair, rəssam Sehran Allahverdidir. 
Kitab “Qanun Nəşriyyatı”nda 250 tirajla nəşr olunub. 
Kitab “Nəsimi ili”nə böyük töhfə, Dövlət tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyət sayılmaqla, eyni zamanda ictimai əhəmiyyət daşıyır. Belə ki, son dovrlərdə ölkəmizdə tolerantlıq və multikulturalizm şəraitində bütün dinlərə münasibət eynidir və bu dövlət tərəfindən tənzimlənir. Bu baxımdan, müasir dövrün ictimai proseslərinin fonunda Nəsiminin dini-fəlsəfi baxışlarının, ideyalarının (inamı, dini qanunları fərqli olan xalqların, millətlərin eyni fikir və əqidə altında birləşməsi ideyası) dərindən öyrənilməsi, cəmiyyətə düzgün və daha çox təbliğ edilməsi dövlətçiliyimizin ideoloji ənənələrin qorunmasının göstəricisidir. 
İ.Nəsimi yaradıcılığının əsas mövzuları insanın, kainatın və Allahın dərkidir.
O, sufizm fəlsəfi cərəyanının hürufi qolunu inkişaf etdirməklə insanın dünya və kainatla vəhdətini göstərir, insan ruhunun kamilləşməsinə aparan yolu izah edir. Nəsimi yaradıcılığının ana xətti insanın Allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Şairin fars dilindən tərcümə edilmiş bu şeirləri Azərbaycan oxucusu üçün yenidir.

Layihənin rəhbəri Adilə Nəzərova




Ana səhifəyə qayıt        Baxış: 1 207          Tarix: 29-10-2019, 06:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma