Son iki həftə ərzində terrorçular İdlibdə 1000 hücum həyata keçiriblər.
Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
“Yanvarın ortalarında Rusiya və Türkiyə hərçiləri İdlibdəki deeskalasiya zonasından atəşkəsin tətbiqinə cəhd ediblər. Terrorçular təkcə döyüş aktivliyini azaltmayıblar, əksinə, hücumlarını artırıblar. Son iki həftə ərzində 1000 hücum qeydə alınıb. Suriya hərbçiləri və dinc sakinləri arasında ölən və yaralıların sayı yüzü keçib. Faciəvi şəkildə Rusiya və Türkiyə hərbi mütəxəssisləri də həlak olublar. Rusiyanın Hmeymim aviabazasına PUA-larla hücum cəhdləri bitmək bilmir”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Suriya rejim qüvvələrinin hücumu nəticəsində Suriyada 4 türk əsgər şəhid olmuş, 9 hərbçi yaralanmışdı. Türkiyənin cavab zərbələri nəticəsində 76 Suriya səgəri məhv edilmişdi.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Mərkəzinin dörd zabitinin də Latakiya ətrafında hakimiyyət qoşunlarının tam nəzarət etdiyi ərazidə qətlə yetirildiyi üzə çıxmışdı.
Paylaş: