Xəbər lenti


İranda yaşayan tanınmış azərbaycanlı musiqi ustadlarından olan aşıq Məcid İbrahimzadə vəfat edib.

Ağciyər xəstəliyindən əziyyət çəkən ustad musiqiçi dünən 78 yaşında Təbriz şəhərində dünyasını dəyişib.

Əjdər əmi adı ilə tanınan sənətkar 1942-ci ildə Herisdə dünyaya göz açıb, daha sonra ailəsi ilə birlikdə Təbrizə köçüb.
  
Mübariz sənətkar Azərbaycanın ziyalıları, milli-mədəni və tələbə hərəkatı fəalları arasında tanınmış simalardan olub.
 
Türk dili, mədəniyyəti və kimliyinə könüldən bağlı olan sənətkar bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, ömrünü Azərbaycanın aşıq musiqisinin inkişafına sərf edib və onlarla tələbə yetişdirib. 

Allah rəhmət eləsin!!


Ana səhifəyə qayıt        Baxış: 1 416          Tarix: 13-04-2020, 20:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma