Xəbər lenti


Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü 5 saatdır davam edir. Rusiya Xarici İşlər

Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edirlər.

Musavat.com Rossiya-24 kanalına istinadən xəbər verir ki, danışıqlara yalnız bir müddət ara verilib.

Bildirilir ki, danışıqlarda hərbi əsirlərin dəyişdirilməsi və həlak olanların meyitlərinin dəyişdirilməsi üçün humanitar atəşkəsin razılaşdırılacağı gözlənir. “Ancaq danışıqların hələ daha nə qədər davam edəcəyi barədə bilgi yoxdur”, - deyə, XİN-in binasında olan jurnalist bildirib. O, azərbaycanlı və erməni jurnalistlər arasında təmasın və heç bir gərginliyin olmadığını da deyib. Görüş başa çatdıqdan sonra nazirlərin brifiniqi gözlənilir. Rossiya-24 brifinqi canlı yayımlayacaq.

Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 1 550          Tarix: 9-10-2020, 23:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma