Xəbər lenti

Əkrəm Həsənov: “Dövlət bankın borcuna görə cavabdeh deyil”
Qazaxıstan parlamentinin deputatı, büdcə və maliyyə məsələləri komitəsinin üzvü Omarxan Oksikbayev “Astana TV”-ə müsahibəsində Qazaxıstanda Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankında yatırılan və bu gün geri alınması problemə dönən 220 milyon dollar vəsaitinə görə gərəkirsə Azərbaycanı məhkəməyə verəcəklərini açıqlayıb.

Maraqlıdır, ölkəmizin bu xüsusda məhkəməyə verilməsi Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi və maliyyə nüfuzuna xələl gətirə bilərmi?

Moderator.az a açıqlama verən hüquqşünas Əkrəm Həsənov Qazaxıstanın Azərbaycanı dövlət olaraq məhkəməyə vermək hüququnun olmadığını vurğuladı:

“Əlbəttə ki, baş verənlər ölkəmizin nüfuzuna xələl gətirə bilər. Amma Qazaxıstan Azərbaycan dövlətini məhkəməyə verə bilməz. Çünki dövlət bankın borcuna görə cavabdeh deyil”.

 




Ana səhifəyə qayıt        Baxış: 998          Tarix: 22-05-2017, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma