Xəbər lenti

Əyyub Kərimov: “ Hanı Ermənistanla bağlı atılan ciddi addımlar?”
Tanınmış hüquqşünas Əyyub Kərimov Moderator.az -a açıqlamasında sabiq MTN rəhbəri Eldar Mahmudovla bağlı tənqidi fikirlər səsləndirib. 
E.Mahmudovun 11 illik rəhbərliyi dövründə MTN-nin milli təhlükəsizliyimizin təmini ilə bağlı lazımi addımlar atmadığını bildirən hüquqşünas, Azərbaycanda geniş agentura şəbəkəsi yaradan sabiq nazirin hər hansı Ermənistan yetkilisini əməkdaşlığa cəlb etmədiyini, belə bir faktın bəlli olmadığını vurğuladı:
“Hazırda E.Mahmudov dönəmində MTN-nin Azərbaycanda çoxlu sayda şəxsi əməkdaşlığa cəlb etməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Yaxşı olar ki, E.Mahmudov desin ki, 11 il nazir olan dövrdə 3 erməni nazirini, 3 kolxoz sədrini əməkdaşlığa cəlb edibmi? Hanı bu faktlar? MTN ermənilərlə bağlı hansı ciddi bir addım ortaya qoydu?  Ora MTN yox, “obexeyes” idi. Yalnız narkotik və digər xətlərlə məşğul idilər ki, məqsəd şəxsi maraqlarını təmin etmək idi”.

 




Ana səhifəyə qayıt        Baxış: 836          Tarix: 18-05-2017, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma