Xəbər lenti

Bu gün, martın 8-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 9 xəstə Qarabağdan Ermənistana çatdırılıb.

Musavat.com bildirir ki, bu haqda erməni mediası xəbər yayıb.

Bildirilir ki, əvvəllər müalicə üçün Ermənistana göndərilmiş daha 9 nəfər öz müşayiətçiləri ilə birlikdə Qarabağa qayıdıb.

Qeyd edək ki, Ermənistana xəstələrin daşınması yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə davam edir.

Erməni tərəfi 12 dekabrdan bəri Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Qarabağdan Ermənistana 153 xəstənin daşındığını bildirsə də, yenə də “blokada” iddiasını davam etdirir.




Ana səhifəyə qayıt        Baxış: 3 377          Tarix: 8-03-2023, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma