Xəbər lenti

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Osan hava bazası yaxınlığında qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, hərbi təyyarə əkin sahəsinə düşüb.

ABŞ 51-ci Hava Donanmasından verilən açıqlamada qəzanın yerli vaxtla saat 09:45 radələrində baş verdiyi, adi məşq fəaliyyəti çərçivəsində uçuşu yerinə yetirən pilotun özünü təhlükəsiz şəkildə təyyarədən atmağı bacardığı və xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

Kənd təsərrüfatı sahəsinə düşdükdən sonra alovlanan təyyarənin qəzaya uğramasının səbəbini öyrənmək üçün ətraflı araşdırmalara başlanıb. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.




Ana səhifəyə qayıt        Baxış: 3 101          Tarix: 6-05-2023, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma