Xəbər lenti
 
Azərbaycanda akkreditə edilən bir sıra xarici ölkə səfirliklərinin hərbi attaşeləri aprelin 17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında olublar.
Nazirliyin mətbuat xidmətindən Ovqat.com-a bildiriblər ki, Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov FHN Akademiyasının elm və təhsil sahəsində bir sıra xarici ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Akademiyanın yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verən P.Süleymanov bildirib ki, bu ali təhsil müəssisəsində iki ixtisas üzrə dörd fakültə və altı kafedra, bakalavr pilləsi üzrə əyani və qiyabi şöbələr, magistratura fəaliyyət göstərir. Akademiyada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması üçün hərtərəfli şərait yaradılıb.
Sonra hərbi attaşelərin sualları cavablandırılıb.
Görüşdə Akademiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Sonra qonaqlar Akademiyanın Heydər Əliyev Mərkəzi, tədris və təlim bazası ilə yaxından tanış olublar.
Səmimi görüşə görə təşəkkür edən hərbi attaşelər peşəkar kadrların hazırlanması üçün kursant və magistrlərə yaradılmış yüksək səviyyəli şəraitin təqdirəlayiq olduğunu vurğulayıb, FHN Akademiyasının kollektivinə, kursant və magistrlərə uğurlar arzulayıblar.
Görüşdə 14 ölkənin Bakıdakı səfirliyindən 20 hərbi attaşe və nümayəndə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.



Ana səhifəyə qayıt        Baxış: 825          Tarix: 17-04-2017, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma