Rusiya Prezidenti Vladimir Putinin yeni qərarla ordunun hərbi qulluqçularının sayını 1 milyon 320 minə qaldırması hərbi ekspertlər tərəfindən daha böyük müharibəyə hazırlıq kimi qiymətləndirilir.
Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan da fikirlərini bölüşüb.
O bildirib ki, Putinin bu qərarı NATO blokunun genişlənməsi ilə Rusiyaya qarşı təhdidlərin artması ilə izah olunur. Belə ki, NATO Rusiya sərhədləri yaxınlığında qüvvələr toplamaqda, hava hücumundan müdafiə sistemlərini yerləşdirməkdə davam edir, həmçinin taktiki nüvə qüvvələrini gücləndirir.
NATO-ya üzv ölkələrin ümumi hərbi büdcəsi 2023-cü ildə 13% artıb. Ümumilikdə, 2023-cü ildə dünya ölkələrinin birgə hərbi xərcsi 2,24 trilyon dollara çatıb.
“Bu, onu göstərir ki, dünya mövcud məsələlərin hərbi yolla həlli variantına hazırlaşır. Bu o demək deyil ki, böyük müharibələr qaçılmazdır. Bu həm də o deməkdir ki, yaxın gələcəkdə regional hərbi münaqişələr genişlənə bilər”, - Zakaryan qeyd edib.
Zakaryan Ermənistan hökumətinin bu çağırışlara qarşı yalnız “varlanmaq” haqda danışdığını bildirib:
“Türklər və azərbaycanlılar o qədər sadəlövhdürlər ki, sizə asan pul qazanmağa imkan verəcəklər?”
Paylaş: