Xəbər lenti

 
 
Mart ayında Ukrayna Krımla sərhəddə hərbi təlimlər keçirməyi planlaşdırır. Tədbirlərin əsas məqsədi əsgərlərin yaxın məsafədə döyüş bacarıqlarını artırmaqdır.
 
Ovqat.com Ukrayna Silahlı Qüvvələrinə istinadən xəbər verir ki, təlimlərdə əsasən hava hücumundan müdafiə bölmələri iştirak edəcək. 
 
Məlumata görə, Kiyev Krım yarımadasındakı düşmən qoşunlarını havadan aşkarlamaq və aradan qaldırmaq üçün təlimlər keçirmək niyyətindədir. Düşmən hədəflərini məhvetmə təlimləri bölgənin müxtəlif yüksəkliklərində və ərazilərində aparılacaq. Təlimlərdə həmçinin hərbçilərin düşmən əsgərlərinin gəmilərdən quruya düşməsinin qarşısını almaq və yerindəcə məhv etmək qabiliyyətlərini gücləndirmələri üzərində işləmək planlaşdırılır.
 
"Təlimlərin məqsədi həm havadan, həm də dəniz sahillərindən hərbi təhlükəyə vaxtında və adekvat cavab vermə qabiliyyətini artırmaqdır", - Ukrayna Silahlı Qüvvələrinin Birgə Qüvvələrinin Komandanı Sergey Naev mətbuata açıqlamasında belə deyib.
 
Maraqlıdır ki, Rusiya da mart ayında Krımda genişmiqyaslı hava-desant təlimlərinə hazırlaşır. Rus təlimlərində üç mindən çox hərbi qulluqçu və 200-ə yaxın hərbi və xüsusi texnikanın iştirakı gözlənilir.
 
Hər iki tərəfin mart ayında təlimlərə hazırlaşması təsadüfi görünmür. Bir müddət əvvəl rus hərbi ekspertləri ABŞ və NATO qüvvələrinin Donbass və Krımda böyük təxribat planlaşdırdığını bəyan etmişdilər. Guya, həmin təxribat ssenarisinə görə, Ukraynanın Donbass yaxınlığındakı hərbi qüvvələri hücum nəticəsində məhv ediləcək və bundan sonra tanınmamış respublika ilə Ukrayna arasında müharibə başlayacaq. ABŞ və NATO qoşunları müharibəni əsas gətirib Ukrayna, Moldova və Gürcüstana öz hərbi qüvvələrini yeridəcəklər. Sözügedən təxribat planının da mart ayında həyata keçiriləcəyi iddia olunurdu.
 
Qeyd edək ki, 44 günlük Qarabağ döyüşlərindən əvvəl də Rusiya və Türkiyə bölgədə hərbi təlimlər keçirirdi. Rusiyanın rəhbərliyi ilə keçirilən “Qafqaz-2020” təlimləri bitən günün səhərisi ermənilərin Dağlıq Qarabağda hücumu başlamış və 44 günlük ağır döyüşlərdən sonra burunları əzilərək 7 rayonumuzdan qovulmuşdular. İndi eyni ssenarinin Krımda, üstəlik Rusiya əsgərləri üzərində həyata keçirilib-keçirilməyəcəyini yaxın günlərdə öyrənəcəyik. Amma indidən demək olar ki, qarşıdakı yaz ayları səs-küylü və isti keçəcəyə bənzəyir.
 


Ana səhifəyə qayıt        Baxış: 5 515          Tarix: 23-02-2021, 11:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma