Xəbər lenti


 
 
NATO-nun baş katibi Yens Stoltenberq Kaliforniyadakı Stanford Universitetinin Beynəlxalq Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin təşkil etdiyi "NATO-nun adaptasiyası" adlı videokonfransa qatılıb.
 
Ovqat.com-un məlumatına görə, Stoltenberq Türkiyə əleyhdarı qüvvələrin irəli sürdüyü ittihamlara olduqca açıq və konkret cavablar verib.
 
 
Türkiyənin Rusiyadan C-400 hava hücumundan müdafiə sistemi alması ilə suala Stoltenberg NATO müttəfiqləri arasındakı fərqlərin yeni olmadığını deyib. Onun fikrincə, “Alyans əslində bu fərqləri, mübahisələri, problemləri müzakirə etmək və həll yolu tapmaq üçün yaxşı bir platformadır”. 
 
Stoltenberq qeyd edib ki, NATO olaraq Ankaraya S-400, Şərqi Aralıq dənizi və qaçqın problemləri kimi məsələlərlə bağlı narahatlıqlarını dəfələrlə çatdırıblar.
 
"Amma biz də Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu başa düşməliyik. Yalnız xəritəyə baxarsanız, bunun nə qədər əhəmiyyətli olduğunu görəcəksiniz. Üstəlik, bu ölkə İraq və Suriya ilə sərhəddir, DEAŞ-la mübarizədə əldə edilən tərəqqi, regionda DEAŞ-ın nəzarətində olan rayonlarda milyonlarla insanın azad edilməsi, bütün infrastrukturu ilə Türkiyədəki hava limanlarının olduqca böyük əhəmiyyət kəsb edir."
 
Stoltenberq vurğulayıb ki, problemlərin həllində onlar gərginliyi azaltmağa çalışırlar ki, düzgün istiqamətdə addım ata bilsinlər.


Ana səhifəyə qayıt        Baxış: 5 719          Tarix: 10-03-2021, 07:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma