Xəbər lenti

 
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qırğızıstanlı həmkarı Ruslan Kazakbayevə zəng edib və tərəflər Qırğıstan-Tacikistan sərhəddində baş verən insident barədə müzakirə aparıblar.
 
Ovqat.com Qırğıstan XİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, Çavuşoğlu Qırğızıstana tibbi və humanitar yardım göstərməyə, həmçinin münaqişədən təsirlənmiş bölgənin bərpasına kömək etməyə hazır olduğunu bildirib.
 
Çavuşoğlu həmçinin Türkiyənin vəziyyəti sabitləşdirmək üçün tərəflərin əldə etdiyi razılaşmaları və gərginliyi azaltmaq üçün alınan tədbirləri alqışladığını söyləyib.
 
Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədlərində aprelin 28-29-da su üstündə mübahisə ciddi qarşıdurmaya çevrilmiş, ordu qüvvələrinin də işə qarışmasıyla vəziyyət nəzarətdən çıxma həddinə yüksəlmişdi. Qırğızıstan rəsmilərinin məlumatına görə, insidentdə 34 qırğız öldürülmüş, 180-ə yaxın vətəndaş isə yaralanmışdır. Tacikistan tərəfi isə 15 vətəndaşını itirdiyini bildirmişdi.

 
İnsidentə səbəb taciklərin Qırğıstan ərazisində yerləşən suayırma məntəqəsinə müşahidə kamerası quraşdırma təşəbbüsü olmuşdur.
 
Qırğıstanın stabilliyi bərpa etmək üçün bölgədə yaşayan minlərlə vətəndaşı başqa ərazilərə köçürdüyü bildirilir. Rəsmi məlumata görə, evukasiya olunanların sayı 10 mini keçib.
 


Ana səhifəyə qayıt        Baxış: 5 360          Tarix: 2-05-2021, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma