Xəbər lenti

 
 
ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarını erkən parlament seçkilərindən əvvəl və sonra respublikada gözlənilən nümayiş və mitinqlərdə iştirak etməməyə çağırıb.
 
 Ovqat.com-un məlumatına görə, səfirliyin rəsmi açıqlamasında bildirilir: 
 
“Önümüzdəki iki həftə ərzində Yerevanda və Ermənistanın digər yerlərində seçkilərlə əlaqədar nümayişlər və ya mitinqlər baş verə bilər. ABŞ vətəndaşları ayıq olmalı, nümayişlərin keçirildiyi ərazidən uzaq durmalı, yerli medianı izləməli, izdiham və nümayişlərdən çəkinməlidir ”.
 
Bəyanatda həmçinin qohumlara harada olduqları barədə məlumat verilməsi də tövsiyə olunur.
 
Ermənistan Milli Məclisinə növbədənkənar seçkilərin iyunun 20-nə təyin edildi. 4 partiya bloku və 22 partiyanın yarışdığı seçkilərdən sonra Ermənistan vətəndaş qarşıdurmasının yaranacağından ehtiyat edilir.


Ana səhifəyə qayıt        Baxış: 4 069          Tarix: 16-06-2021, 21:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma