Xəbər lenti


TRT HABER, Türkiyə
21.01.2021


Müəllif: Ayşe Şimşek
Müstəqilliyə gedən yolda Azərbaycan xalqının qanı çox axıdılıb. Onun ən ağrılı günlərdən biri də 1990-cı il yanvarın 20-dir. Həmin gecə Sovet ordusunun tanklarla Bakıya yeridilib, mülki insanların qanı tökülüb.

Yanvarın 20-nə keçən gecə Sovet əsgərləri tank belində Bakıya yeriyib, qadın, uşaq, gənc, yaşlı demədən insanları qətlə yetiriblər.
Nə baş verirdi?
1988-ci ildə ermənilər Azərbaycana qarşı ərazi iddialarını artırmağa başlamışdılar. İddia olunan ərazilər arasında Dağlıq Qarabağ da var idi. Sonda ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsilə bağlı qərar qəbul etmiş, bu isə Azərbaycanda kəskin reaksiya doğurmuşdu. Azərbaycan xalqı bu qərara etiraz olaraq, Bakının Azadlıq meydanında davamlı mitinqlər keçirirdi.
Miqyası getdikcə artan bu mitinqlər artıq SSRİ hakimiyyətini narahat etməyə başlamışdı. Nəhayət, yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılır...

Sovet tankları 5 tərəfdən şəhərə girdi
Yanvarın 20-nə keçən gecə Sovet ordusuna məxsus tanklar 5 istiqamətdən Bakıya daxil olur. Tankların qarşısına çıxan insanlar yerindəcə güllələnir, ordu şəhərin mərkəzinə doğru irəliləyir.

O gecə Bakıda 130-dan çox insan qətlə yetirilir.
Sovet ordusu qətliamları Neftçala və Lənkərən daxil olmaqla, başqa rayonlarda da həyata keçirir. Nəticədə təxminən 150 mülki şəxs 20 Yanvar qırğının qurbanı olur. Hadisələr zamanı 744 nəfər yaralanır, təxminən 400 nəfər həbs edilir.

1 milyon insan Azadlıq meydanında
Şəhidlər erməni hücumları nəticəsində hələ 31 mart 1918-ci ildə qətlə yetirilmiş azərbaycanlıların qəbirlərinin olduğu, daha sonra Sovet İttifaqı dövründə parka çevrilmiş Dağüstü parkında dəfn ediliblər. Şəhidlərin dəfn günündə onları son mənzilə yola salmaq üçün Azadlıq meydanına 1 milyon azərbaycanlı toplaşmışdı. Torpaq uğrunda canlarından keçmiş bu insanlar Şəhidlər Xiyabanına belə bir kütlənin iştirakı ilə aparılıb.
O vaxtdan hər il yanvarın 20-də Azərbaycanda “Qara yanvar” şəhidlərinin xatirəsi yad olunur, xalq Şəhidlər Xiyabanına axışır.

Azərbaycanın müstəqillik yolu
“Qara yanvar” Azərbaycan xalqının səbrinə son qoymuş hadisədir. Bu qətliamdan sonra artıq azərbaycanlılar Sovet hakimiyyətinə etibar etmirdi. Xalq müstəqiliyyə gedən yolda əhəmiyyətli addımları məhz 20 Yanvar hadisəsindən sonra atıb. Artıq 1991-ci ilin əvvəlində müstəqilliyin elanı istiqamətində gedişlər edilib. Fevralın 5-i ölkə Azərbaycan Respublikası adlandırılıb. Həmin il avqustun 30-da isə Azərbaycan müstəqil elan olunub.
Lakin bunun ardınca Ermənistanın Dağlıq Qarabağa iddiası tərəflər arasında etnik qarşıdurmalara səbəb olub. Buna baxçayaraq, 18 oktyabr 1991-ci ildə Azərbaycan rəsmən müstəqil dövlət elan edilib.

Qarabağın yenidən Azərbaycanındır
O zaman tərəflər arasındakı müharibə Ermənistanın Dağlıq Qarabağı işğal etməsilə nəticələnmişdi. 32 illik işğal Azərbaycan Ordusunun yalnız ötən il həyata keçirdiyi uğurlu əməliyyatla sona çatıb. 2020-ci ildə Azərbaycan yenidən Qarabağa qovuşub.

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: TRT HABER


Ana səhifəyə qayıt        Baxış: 2 779          Tarix: 21-01-2021, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma