Xəbər lenti
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
Ermənistan mediası Xankəndidəki ermənilərin yaşadığı vəziyyətdən yazıb. Müharibədən sonra ilk dəfə problemlərin bu qədər açıq qeyd olunması baxımından maraqlıdır, xüsusilə danışan ermənilərin adlarının gizli saxlanılması da diqqət çəkir.
İşğal dövründə Şuşada yaşamış G. olaraq qeyd olunan erməni danışır:
“Dostumla “Şuşa rəhbərliyinin” yerləşdiyi binanın yanından keçirdik, növbənin olduğunu gördük. Nəsə verdiklərini düşündük deyə, dayandıq. Gördüm ki, İrəvandan bir sponsor gəldi, çörək və cüzi yemək paylayırdılar, amma növbədə yalnız “Şuşa administrasiyasının” işçiləri dayanmışdı. Bizə növbədə dayanmağa icazə vermədilər”.
M.J. olaraq qeyd olunan tibb işçisi Xankəndidə qohumunun evində yaşayır:
“Şuşa rəhbərliyinin” yerləşdiyi binanın qarşısında bir qadın ağlayırdı. Dedi ki, mənə yatmağa yer verin, küçədə qalmışam:
“Hadrut “rəhbərliyi” tərəfindən qovulduğunu bildirirdi. Ermənistanda bu haqda eşitməyəcəksiniz, sanki biz Los-Ancelesdə yaşayırıq. Əslində bura anarxiyadır. Yardım yalnız tanışlara verilir. İnsanlar mağazalarda yaşayırlar. Kirayə verilən evlər bahadır. “Rəhbərlik” kirayə üçün 50.000 dram verir, ev sahibləri isə qiymətləri qaldırırlar. Heç nə inşa olunmur, sadəcə kəndlərdə uçmuş evləri bərpa edir, şəhərdə isə evləri ölən insanların yaxınlarına verirlər. Bina tikmək əvəzinə kirayə pulu verirlər. Baş verənləri göstərəcək televiziya, media yoxdur”.
K.L. olaraq qeyd olunan erməni qadın danışır:
“Xahiş edirəm, adımı çəkməyin, əks təqdirdə işdən qovula bilərəm. Bu qorxu Xankəndidə çox aktualdır. Geri qayıtdıq, qohumumuzun mağazasında yaşayırıq, 7 nəfərik. Bu mağazada qalmağımız üçün 70.000 dram ödəyirik, amma bizə “rəhbərlik” 50.000 dram verir. Odun yoxdur, soyuq sudan istifadə edirik. Soyuducu yoxdur, yemək tapmaqda çətinlik çəkirik, tapdığımız ərzaq da kifayət etmir. İnsanlar zirzəmilərdə yaşayır. İllərdir bizi soyurdular, indi də “qaçqınların” hesabına varlanırlar. Qızıl Xaç ayda üç dəfə düyü, qarabaşaq, mərcimək, “tuşonka” verirdi, amma indi Ermənistanda yaşadığımızdan şübhələrək vermirlər”.
Xankəndidə olan erməni siyasi fəal Artur Ospiyan separatçı rejimin rəhbərliyinin pul qazandığını deyir.
“Qaçqınlar” qocalar evləri və otellərə yerləşdirilib. Otel sahiblərinə kirayə haqqı “büdcə”dən ödənilir. Halbuki bu otellərin sahibləri “rəhbərliyin” özüdür. Yəni ödədikləri pullar da başqa yolla yenidən ciblərinə qayıdır. Misal üçün, “qaçqınlar” əsasən Araik Arutyunyanın “Yerevan”, keçmiş “maliyyə naziri” Spartak Tevosyanın “Kaştan” otelində yerləşdirilib”, - Osipyan deyir.
Qarabağdakı erməni əhalinin vəziyyəti pisləşdikcə, iki seçimdən birini seçmələri sürətlənə bilər: ya bölgəni tərk etmək, ya da normal həyat üçün Azərbaycanın idarəçiliyi altında yaşamaq...
/axar.az/
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar