Xəbər lenti
Bu gün, 21:39
Bu gün, 20:06
Bu gün, 13:22
Bu gün, 12:26
Bu gün, 11:35
Bu gün, 10:46
Bu gün, 09:16
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun qədim Şuşa şəhərini erməni işğalından azad etdiyini bildirdi.
Bununla da 1992-ci ilin mayın 8-də ermənilər tərəfindən işğal olunmuş Şuşa gerçək sahibinə qaytarıldı.
1992-ci ilin mayın 8-də baş vermiş işğal Şuşanın tarixində ilk deyil. Azərbaycanın bu dilbər guşəsi dəfələrlə əldən-ələ keçib. Ancaq sonunda ədalət zəfər çalıb.
Tarixi mənbələrə əsasən, Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağın hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Şuşanın yerləşdiyi coğrafi ərazi, təbiəti, strateji əhəmiyyəti hər zaman Azərbaycana göz dikən mənfurların diqqətində olub.
Şəhər ilk dəfə 1795-ci ildə Qacarlar sülaləsinin hökmdarı Ağa Məhəmməd Şah Qacarın Qafqaza böyük yürüşü zamanı işğala məruz qalıb. 1797-ci ildə Qazcar Qafqaza 2-ci yürüş həyata keçirib. Məhz bu yürüş zamanı 1797-ci iyunun 17-də Ağa Məhəmməd Şah Qacar Şuşada qətlə yetirilib.
Qarabağ Xanlığının siyasi və inzibati mərkəzi olan şəhər sonralar inkişaf edib. 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xanın imzaladığı Kürəkçay müqaviləsi ilə Şuşa və bütün Qarabağ Xanlığı Rusiya imperiyasının tərkibinə daxil olub. 1823-cü ildə Qarabağ Xanlığının ləğv edilməsilə Şuşa Qarabağ vilayətinin mərkəzi olub.
1826-1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi zamanı İran qoşunları şahzadə Abbas Mirzənin başçılığı altında 48 gün Şuşanı mühasirədə saxlayıb.
Şuşa 1840-cı ildən Xəzər vilayətinin, 1846-cı ildən Şamaxı, 1859-cu ildən Bakı və 1867-ci ilin dekabrından Yelizavetpol quberniyasının tərkibinə daxil edilib.
1917-ci ilin fevral və oktyabr aylarında Rusiyada baş verən çevrilişlər Şuşada ikitirəlik yaradıb. Şəhər erməni daşnakları tərəfindən hücuma məruz qalıb.
Ancaq 1920-ci ilin martın 20-də Azərbaycan Xalq Cümhuriyyətinin qüvvələri şəhəri erməni hərbi birləşmələrindən tam azad edib.
1920-ci ilin mayında isə Sovet imperiyasının Qırmızı Ordusu şəhəri istisla edib.
1991-ci il oktyabrın 18-də müstəqil Azərbaycan Respublikasının elan olunması ilə Şuşa ölkəmizin tərkib hissəsi olub. Lakin Qarabağ Müharibəsi sırasında 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
28 il düşmən tapdağı altında qalan Şuşa 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən keçirilən uğurlu əməliyyat nəticəsində yenidən işğaldan azad edilib.
İndi Şuşanın başı üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri tarix yazdı.
Bayrağın Mübarək, ŞUŞA!
modern.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar