Xəbər lenti


Dünyada koronavirusa yoluxanların sayı 41,57 milyonu ötüb, virusdan 1,135 milyondan çox yaxın insan ölüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada 41 570 883 insan koronavirusa yoluxub, 1 134 940 pasiyent ölüb.

Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 445 419 yoluxma halı aşkarlanıb, 6 512 nəfər ölüb.

Ən çox yoluxma ABŞ (8 248 149 nəfər), Hindistan (7 761 312 nəfər), Braziliya (5 298 772 nəfər) və Rusiyada (1 480 646 nəfər) qeydə alınıb.



Ana səhifəyə qayıt        Baxış: 2 887          Tarix: 23-10-2020, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma