
“ Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Əgər Avropa Şurası (AŞ) Azərbaycanı öz sıralarından çıxartmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən AŞ-dən çıxmaqla bağlı qərarını verməlidir”.
Bunu Milli Məclisin deputatı Tahir Kərimli bu gün parlamentin plenar iclasında deyib. O qeyd edib ki, Avropa bizim bayrağımızdakı nə göy, nə də yaşıl rəngi görmək istəyir: “Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, əgər biz AŞ-yə kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar: “Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır”.
Paylaş: