Xəbər lenti

 Məşhur milyarder Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun Türkiyədəki qurucusu "Qızıl Soros" ləqəbli Osman Kavala saxlanılıb.

Axar.az xəbər verir ki, Kavala Türkiyə Cümhuriyyəti konstitusiyasını zorla dəyişdirməyə və zor tətbiq edərək hökuməti devirməyə təşəbbüsdə ittiham olunur.

“Qaranlıq əlaqələr şəbəkəsi” iddiaları ilə müxtəlif zamanlarda gündəmə gələn Kavalanın ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələrindən olan və FETÖ-nun sözçülərindən biri Maykl Rubin, PYD-nin keçmiş lideri Saleh Müslüm, PKK istintaqı nəticəsində həbs olunan keçmiş HDP sədri Səlahəddin Dəmirdaşla birgə fotosu ortaya çıxıb. Məlumata görə, ötən gecə İstanbulun Atatürk hava limanında saxlanılan Osman Kavala 15 iyul hadisələrinin iştirakçısı kimi dindirilir.

Qeyd edək ki, 2013-ci ildə həyata keçirilən "Gəzi" hadisələrində adı gündəmə gələn iş adamı Osman Kavala F-16 təyyarələrini modernləşdirən şəxs olaraq da tanınır. Eyni zamanda Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün istifadə etdiyi “Səni pezident seçməyəcəyik” şüarının müəllifi də Kavaladır. Məlumatlara görə, Kavala HDP-li Sirri Sürəyya Öndər vasitəsilə İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalana mütəmadi olaraq məktublar göndərirmiş.




Ana səhifəyə qayıt        Baxış: 770          Tarix: 22-10-2017, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma