Xəbər lenti

Bir çox vəkil nümayəndə qismində proseslərə çıxa bilməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisdə oktyabrın 31-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə münasibət bildirən Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib:

“Buna qətiyyən ehtiyac yox idi. Belə bir addımın atılması ayrı-ayrı şəxsləri fəaliyyətdən məhrum etmək məqsədi daşıyır. Bəzi vəkillər var ki, onlar “sözə baxmırlar”, hər zaman öz fikirlərində qalırlar. Bu cəmiyyətdə ancaq qadağa metodu ilə yaşayırıq, bizdə hər şey qadağandır. Görün, nə qədər vəkil nümayəndə qismində proseslərə çıxa bilməyəcək. Bəs bu camaat neyləyəcək? Ancaq əhalini fikirləşən kimdir ki, şəxsi maraqlarını qorumaqla məşğuldurlar… Yenə deyirəm, bu, çox səhv addımdır”.

Xatırladaq ki, İlyas İsmayılov Azərbaycan SSR-in baş prokuroru (1985-90) və müstəqil Azərbaycanın ədliyyə naziri (1992-95) olub.




Ana səhifəyə qayıt        Baxış: 1 536          Tarix: 3-11-2017, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma