Xəbər lenti

 Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini deyən rusiyalı məşhur teleaparıcı Kseniya Sobçak ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını dəstəkləyib.

Axar.az xəbər verir ki, bunu CNN televiziyasına müsahibəsində Sobçakın özü söyləyib.

“Məncə Rusiya yaranan dəhşətli beynəlxalq münasibətlərə görə məsuliyyət daşıyır. Biz beynəlxalq hüququn normalarını pozmuşuq. Beynəlxalq hüquqa əsasən Krım Ukraynanındır. ABŞ öz sanksiyalar siyasətində Rusiya hökuməti ilə adi vətəndaşları fərqləndirməlidir. Mən Rusiyaya qarşı sanksiyaları dəstəkləyirəm. Lakin bu gün rus xalqını da onun dəstəkləmədiyi bir insanın siyasətinə görə cəzalandırmaq doğru deyil”, – o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 778          Tarix: 9-11-2017, 10:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma