Xəbər lenti

 “Ərdoğan iqtidarı getsə belə, Türkiyəyə qarşı oyunlar dayandırılmayacaq. Hər kəsə aydındır ki, təzyqilər, aşağılayıcı addımlar, terror aktları Türkiyə dövlətini sarsıtmaq üçündür. Hədəf Türkiyə dövlətidir”

Bu sözləri politoloq Qabil Hüseynli  NATO təlimində Türkiyə rəhbərlərinin portretlərindən nişangah kimi istifadə olunması ilə bağlı qalmaqalı musavat.com-a şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, ola bilsin ki, indiki Türkiyə iqtidarı müəyyən məsələlərlə bağlı addımlarda səhvə yol verib və verir. Amma şübhəsiz ki, bu gün Türkiyədə indiki iqtidar yox, koalisiyon hökumət olsaydı belə, Türkiyəyə qarşı qurulan bu sui-qəsdlərin, təzyiqlərin qarşısını zərrə qədər də ala bilməzd: “İndiki iqtidar, xüsusilə də prezident Ərdoğan çox ciddi şəkildə mübarizə aparmaq qabiliyyətinə, imkanlarına malikdir. Ölkə əhalisini lazımi ovqatda saxlamağı da bacarır. Bütün bölücü, separatçı, terrorçu qurumlara qarşı ordunun da vasitəsilə mübarizə aparır. Təzyiqlərin və terror aktlarının Ərdoğanın siyasətinə etiraz olaraq həyata keçirildiyi barədə iddialar Türkiyə xalqını iqtidara qarşı qaldırmaq, ölkənin daxilində əlavə siyasi gərginliklər, hakimiyyətsizlik yaratmaq məqsədi güdür. Qəsdən vətəndaşlarda rəy yaratmaq istəyirlər ki, ölkənin xarici təzyiqlə üz-üzə qalması Ərdoğan iqtidarına görədir. Bu rəyi yaradıb xalqı iqtidara qarşı qaldırmaq istəyirlər”.

Politoloq qeyd etdi ki, İkinci Dünya müharibəsindən sonrakı soyuq müharibə bitib, yeni dünya düzəninin qurulması prosesi gedir və bu, çox ağrılı gedir: “Soyuq müharibədə qalib gələn dövlətlər öz liberal qlobal sistemlərini qurmaq istəyirlər. Türkiyə soyuq müharibə dövründə tutduğu mövqe, beynəlxalq münasibətlər sistemində tutduğu yerlə indi razılaşmaq istəmir. Geopolitik, geostrateji, geoekonomik baxımdan gücləndiyini hiss edir və uduzduğu coğrafiyaya yenidən dönmək istəyir. Təbii ki, bu da yeni dünya düzəni quranları qane etmir və ona görə Türkiyəyə qarşı hücum siyasəti aparılır. Düzən quranlar çalışırlar ki, hərəni öz yerində oturtsunlar və özlərinə tabe etdirsinlər. NATO tərəfindən Türkiyəyə qarşı atılan addım həm də Türkiyənin Rusiyadan S400 raket kompleksini almaq istəyinə, Rusiya ilə yaxınlaşmasına olan təpkidir. İstəyirlər ki, Türkiyəni yerində oturtsunlar.Türkiyə də əvvəlki yeri ilə razılaşmaq, barışmaq istəmir. Məsələnin mahiyyəti bundan ibarətdir. Avropa, NATO, ABŞ prezident Ərdoğanı bəhanə edərək əslində Türkiyəyə hücuma keçiblər. Məqsəd Türkiyəni soyuq müharibə dövründə olduğu kimi kənardan idarə olunan bir ”dövlət" halına gətirməkdir".    

strateq.az




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 20-11-2017, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma