Xəbər lenti

Ermənistanda faşizmə xidmət göstərmiş Qaregin Njdenin həyat yolu hökumət səviyyəsində təbliğ olunur. Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermənistan rəhbərliyinin milyonlarla insanın ölümünə səbəb olan faşizmi dövlət siyasəti seçməsi Rusiya Müdafiə Nazirliyinə məxsus “Zvezda” telekanalı tərəfindən kəskin tənqid olunub.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, faşizmin təbliğini aparan rəsmi İrəvan bunu 2016-cı ilin mayında Ermənistanda Qaregin Njdeyə heykəl qoymaqla bir daha sübut edib. Verilişin müəllifi Veronika Kraşeninnikova bildirib ki, 1942-ci ildə Njde üçüncü Reyxə sovet Ermənistanını alman koloniyasına çevirmək üçün müraciət edir. Məhz o, erməni nasist legionunu yaradıb. Njde əsir erməniləri inandırıb ki, kim Almaniya üçün ölür, deməli Ermənistan üçün ölmüş olur. Bu abidə İkinci Dünya müharibəsində Ermənistanda faşizmə qarşı döyüşənlərin xatirəsinə təhqirdir. Müəllif Ermənistanın mövcud iqtidarını sərt tənqid edib. Bildirib ki, faşizmi dəstəkləyən hökumət hər zamankı kimi ikili oyun oynayır.

“Njde Ermənistanı idarə edən hakim respublika partiyasının qəhrəmanı və simvoludur. Onun ideologiyası milli konservatizmə çevrilib. Partiyanın loqotipi mənə üçüncü reyxin simvolunu xatırlatdı. Bu yaxınlarda mən hakim Respublika partiyasının rəhbərliyi ilə görüşdüm və loqotiplə bağlı sualı onlara verdim. İnanmazsınız, hakim partiyanın rəhbərlərindən biri bunu təsdiqlədi. Deyəsən biz Ermənistanı idarə edənlər haqqında çox şeyi bilmirik”, - deyə V.Kraşeninnikova bildirib.

Ermənistan hakimiyyətinin ideallaşdırdığı faşist Qaregin Njde, həmçinin hələ Qafqaz sovetləşməzdən əvvəl Dağlıq Qarabağdan azərbaycanlıların yaşadığı kəndlərdə yüzlərlə soydaşımızın qətlə yetirilməsində şəxsən iştirak edib. Ermənistanda bu nasist haqqında işğalçı ölkənin kino tarixində ən böyük büdcəyə malik film də çəkilib. Bu film yeddi milyon dollara başa gəlib. İşğalçı ölkədə vətəndaşlar səfil həyat tərzi yaşadığı bir vaxtda Ermənistan hökuməti faşizm ideologiyasının təbliğinə külli miqdarda vəsait sərf edir.




Ana səhifəyə qayıt        Baxış: 779          Tarix: 21-11-2017, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma