Xəbər lenti

“Dağlıq Qarabağ münaqişəsinin yeganə həll variantı müharibədir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gəlib-getməsinin, Lavrovun bu işlərlə məşğul olmasının heç bir əhəmiyyəti yoxdur.

Bunu Teleqraf.com-a ASDP sədri, deputat Araz Əlizadə bildirib.

A.Əlizadə deyib ki, Qarabağ münaqişəsinə dair diplomatik təmaslar başa düşüləndir: “Həmsədrlər regiona gəlir, Sergey Lavrov Bakı və İrəvanda müzakirələr aparır, Ərdoğan və Putin arasında nələrsə müzakirə edilir. Bunla baş versə də, münaqişənin həlli baxımından əhəmiyyətli deyil. Ərdoğan Putinə təsir etmək imkanında deyil. Putin də bilir ki, Ərdoğanın sabah hansı addım atacağı proqnozlaşdırılmır. Bu baxımdan danışıqlar anlaşılsa da, bunun problemin həllinə təsir edəcəyini gözləmirəm”.

ASDP sədrinin sözlərinə görə, Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşüb müzakirələr aparır. Burada hər iki tərəfin marağı var: “Azərbaycan danışıqlar prosesinin aktivləşməsinə çalışaraq dünyaya mesaj verir ki, əslində biz müharibə tərəfdarı deyilik və problemin beynəlxalq hüquqa əsasən həllinin tərəfdarıyıq. Erməni tərəfi isə bu görüşlərə qatılmaqla vaxt udmaq və dünyaya göstərməyə çalışır ki, komromis axtarışındadır”.

ASDP sədri qeyd edib ki, nə zamansa problem müharibə yoli ilə həll ediləcək: “Mən deyə bilmərəm ki, müharibə nə zaman olacaq. Ancaq onu deyə bilərəm ki, Azərbaycan müharibəyə tam hazırdır. Bu müharibənin vaxtını isə ancaq Ali Baş Komandan bilir”.

A.Əlizadə daha sonra qeyd edib ki, artıq ermənilər ənənələrinə sadiq qalaraq rusları satıb: “Mən Barselonadan dünən qayıtmışam. Orada “Sosintern”in toplantısı keçirilirdi. Toplantıda çıxış edən Daşnaksütyun Partiyasının sədri Mario Nalbandyan bəyan etdi ki, Ermənistan tarixində mühüm hadisə baş verib, ölkə Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” layihəsinə uyğun olaraq assiosativ saziş imzalayıb. Onun çıxışından sonra mən söz aldım və üzümü ruslara tutaraq dedim ki, ermənilər ilk öncə İranı, daha sonra Türkiyəni satıblar. İndi sıra Rusiyaya gəlib və artıq ermənilər sizi də Avropaya satdılar. Bildiyiniz kimi, hazırda rus mediası da Ermənistanı ciddi tənqid edir. Dünən NTV kanalında aparıcı Ermənistanı ərinə xəyanət edən qadın kimi təqdim etdi. Bütün bunlar təsadüfi deyil. Mən də hesab edirəm ki, artıq ermənilər rusları satmağa başlayıb”.




Ana səhifəyə qayıt        Baxış: 707          Tarix: 1-12-2017, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma