2018-ci ilin ilk rübündə Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarına başlaya bilər.
Bu barədə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanın mətnində deyilir.
İmzalanan fərmanla prezident Özbəkistanın 2018-2022-ci illəri əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramını təsdiqləyib. Proqrama Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yollu xətti ilə pilot qaydada tranzit yükdaşımalarının həyata keçirilməsi bəndi də yer alıb. Qrafikə əsasən, ilk yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanılması nəzərdə tutulub.
Proqrama əsasən, Özbəkistan tərəfi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında da iştirak edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabr ayının 30-da baş tutub/APA.
Paylaş: