Xəbər lenti

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib.

Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir. Deputat Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyib. O qeyd edib ki, maddəyə bununla bağlı əlavə bənd salınsın. Deputatlar bu halın dünya praktikasında mövcud olduğunu xatırladıblar. (APA)




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 15-12-2017, 16:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma