Xəbər lenti

Ermənistan Azərbaycan torpaqlarını zəbt edib, işğal altında olan ərazilərimizdə xalqımızın maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu DQİDK sədri Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatı, Parlamentlərarası İttifaqın “12 Plyus Qrupu”nun Prezidenti Duarte Paçeko ilə görüşündə deyib.

Görüş zamanı DQİDK sədri qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. M.Qurbanlı bildirib ki, ölkəmizdə hazırki dövlət-din münasibətləri əsrlər boyu Azərbaycan xalqının formalaşdırdığı qarşılıqlı hörmət və dözümlülük ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.

Dövlət Komitəsinin fəaliyyəti barədə də portuqaliyalı deputata məlumat verən M.Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi və ideoloji istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib.

Söhbət zamanı Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı məlumat verib.

Portuqaliya parlamentinin deputatı D.Paçeko Azərbaycandakı tolerantlıq və birgəyaşayış ənənələrindən, həmçinin bu istiqamətdə yürüdülən dövlət siyasətindən mütəəssir olduğunu bildirib.

Görüşdə eyni zamanda, Azərbaycan və Portuqaliyanın bu sahədə birgə əməkdaşlıq üçün yaxşı perspektivlərinin olduğu qeyd edilib.




Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 30-01-2018, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma