Xəbər lenti

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rəşad İsmayılovu Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Bəs, yeni səfirimiz kimdir?

Strateq.az xəbər verir ki, Rəşad İsmayılov 7 iyun 1974-cü ildə Bakıda anadan olub.

O, 1981-1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. İsmayılov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunu olub.

R. İsmayılova 10 sentyabr 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilib və o, Azərbaycanın  Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

Evlidir, iki övladı var. 




Ana səhifəyə qayıt        Baxış: 1 286          Tarix: 8-02-2018, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma