Xəbər lenti

Hindistanın xarici işlər naziri xanım Suşma Svaraj Bakıda yerləşən Respublika Narkoloji Mərkəzində ölümlə nəticələnən faciəli yanğınla əlaqədar azərbaycanlı həmkarı Elmar Məmmədyarova başsağlığı verib. 

Hindistan səfirliyindən Strateq.az saytına bildiriblər ki, nazir məktubda Respublika Narkoloji Mərkəzində baş verən faciəli yanğın nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması xəbərindən  sarsıldığını söyləyib: “Ən səmimi və ürəkdən başsağlığımı bildirirəm. Duyğularım və dualarım zərərçəkmişlər və onların ailə üzvləri ilədir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 713          Tarix: 5-03-2018, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma