Xəbər lenti

Seçkilərdən sonra dəyişikliyi hamı istəyir. Qanunvericiliyə görə, seçkidən sonra hökumət yenidən qurulmalıdır. Hamının ürəyindən keçir ki, indiki hökumət köklü şəkildə dəyişdirilsin və gəncləşdirilsin. Özünün proqramı olan bir hökumət formalaşsın və xalqın da bundan da xəbəri olsun. İslahatları həyata keçirməyə hazır olan hökumət qurulsun. Fikrimcə, hamının gözlədiyi də budur”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov president seçkilərinin nəticələrini Modern.az-a şərh edərkən deyib.  AMİP lideri Nazirlər Kabinetinin dəyişilməsindən danışarkən bunu sırf yaşla əlaqələndirmədiyini bildirib: “Təkcə yaş baxımından hökumətdə gəncləşməni nəzərdə tutmuram. Düşüncə baxımından da gəncləşməlidir. Hökumətdə müasir düşüncəli komandanın olmasına ehtiyac var. Zənnimcə, hamımız onu istəyirik”.

Azərbaycan iqtisadiyyatının inkişaf tempindən danışan Etibar Məmmədov monopoliyaya son qoyulmasının zəruriliyini söyləyib: “İqtisadiyyatımız gəncləşmə nəticəsində məmurların əlindən alınmalı və sərbəstləşməlidir. Monopoliyaya son qoyulmalıdır. Azadlıqlar təmin olunmalıdır ki, insanlar sərbəst və qanunauyğun şəkildə iqtisadi fəaliyyətlə  məşğul ola, öz istəklərini həyata keçirə bilsinlər. İndiyə qədər buna mane olan həmin məmurların özbaşınalığı, qanunları pozması idi. Bu da iqtisadiyyata böyük ziyan vurur. Eyni zamanda,  mənəviyyata da ziyan vurur. İnsanların düşüncəsini də pozmaqla bədbinlik yaradır. Ona görə də düşünürəm ki, bunların dəyişməsinə ehtiyac var. Xüsusən də kiçik və orta sahibkarlığa yardım istiqamətində sərbəstlik verilməsinə ehtiyac var”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 005          Tarix: 13-04-2018, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma