Xəbər lenti

Londonda  səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.

Strateq.az xəbər verir ki, Tereza Mey İlham Əliyevi yüksək səviyyədə qarşılayıb. Tərəflər ikitərəfli münasibətləri daha genişləndirmək istiqamətində müzakirə aparıblar.

***

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik etdi. O, Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirdi ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Böyük Britaniyanın Baş naziri SOCAR ilə BP şirkəti arasında imzalanacaq sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğuladı. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək qeyd etdi ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlətimizin başçısı bildirdi ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. Böyük Britaniyanın bir çox şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır.

İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən dövlətimizin başçısı onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı regional inkişaf və təhlükəsizlik məsələləri də müzakirə olundu.

Baş nazirlə görüşdən sonra Prezident İlham Əliyev Azərbaycana dönüb.

 




Ana səhifəyə qayıt        Baxış: 665          Tarix: 27-04-2018, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma