Xəbər lenti
Dünən, 19:25

“Keçmiş deputatlara qarşı sanksiyaların qəbul olunması inanmıram ki, hər hansı əhəmiyyət kəsb etsin”.

Bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsinin AŞPA-nın 14 keçmiş üzvü haqqında qərarını APA-ya şərh edərkən deyib.  S. Seyidov qeyd edib ki, həmin istintaq komitəsi ilə əməkdaşlıq edib, öz mövqeyini bildirib: “Yəqin ki, kimsə əməkdaşlıq etməyib və ona görə də bu qərar qəbul edilib. Ancaq əməkdaşlıq etməyən şəxslər təkcə Azərbaycandan deyil, bir neçə ölkədən olub. Lakin onlara qarşı heç bir qərar tətbiq etmirlər, Azərbaycandan olanlara tətbiq edirlər. Bu, o qədər də obyektiv deyil. O ki qaldı Elxan Süleymanov və Müslüm Məmmədov haqqında qərara, İtaliyada Luka Volonte məsələsi mövcuddur. Orada da bəzi məsələlərə görə istintaq gedir. Burada təşkil olunmuş istintaq qrupu hansısa sübutları gündəmə gətirə bilmədi. Belə bir sanksiyaların qəbul olunması, özü də keçmiş AŞPA üzləri üçün, inanmıram ki, hər hansı əhəmiyyət kəsb etsin”.

S.Seyidov bildirib ki, hər zaman sanksiya dili ilə danışmağın əleyhinə olub: “İnanmıram ki, bu, hansısa müsbət nəticələrə gətirib çıxaracaq. Bakıda bu məsələni geniş şəkildə izah edəcəyik”.

SSeyidov adı sanksiya siyahısına salınmış keçmiş deputat Gültəkin Hacıbəylinin AŞPA-nın məktubunun Azərbaycan nümayəndə heyəti tərəfindən ona çatdırılmaması barədə dediklərinə də münasibət bildirib: “O parlamentin üzvü deyil axı. Parlament keçmiş deputatlara nəyi və niyə göndərməlidir? Onun parlamentə aidiyyəti yoxdur”. Seyidov AŞPA-da gedən proseslərin mətbuatda müxtəlif tərzdə şərh olunduğunu söyləyib: “Bu, mənim AŞPA-nın vitse-prezidenti seçilməyimlə bağlı da oldu. Dünən eşidirəm ki, mətbuat belə bir şeyin olmadığı, guya mənim bundan əvvəlki sessiyada vitse-prezident seçilməyim haqqında yazıb. Vitse-prezidentliyə seçkilər hər dəfə yeni prezident seçiləndə yenilənir. Bu baxımdan mən iyun sessiyasında seçildim və bir nəfər də buna etiraz etmədi”.

 




Ana səhifəyə qayıt        Baxış: 353          Tarix: 29-06-2018, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma