Xəbər lenti
Dünən, 19:25

“Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçiləri daxildir. Onlar Əfqanıstan sülh prosesinə və prezident Əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək verir. Biz Bakı görüşündə də sülhə və prezident Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə etdik”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis UelsAzərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 

A. Uels bildirib ki, Əfqanıstandakı mülki əhali və “Taliban” tərəfindən bu kimi təşəbbüsə dəstək verilib və yaxşı qarşılanıb. O, ölkəsi adından Azərbaycana və Azərbaycan hökumətinə Əfqanıstandakı fəaliyyətinə və hərbi mövcudluğuna görə təşəkkürünü bildirib.

 

“Hərbi mövcudluq vacibdir. Lakin digər təşəbbüs iqtisadi cəhətdən əməkdaşlıq edərək Əfqanıstanın inkişafına təkan verməkdir. Azərbaycan bu sahədə müstəsna rol oynayır. Azərbaycan iqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşir. “Lapis lazuri” Əfqanıstanın inkişafına təkan verən təşəbbüsdür, Azərbaycan da bu təşəbbüsdə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən birini təşkil edir. Azərbaycan hökumətinə bu dəstəyi üçün təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. Prezident Əliyevə Əfqanıstana yardımlar istiqamətdə apardığı rola və liderliyinə görə təşəkkür edirəm”, – deyə A. Uelis bildirib.

ABŞ rəsmisi iyunun 28-də Bakıda keçirilən görüşün Əfqanıstan hakimiyyəti ilə “Taliban” arasında atəşkəs əldə olunandan sonra keçirilən ilk görüş olduğuna diqqət çəkib: “Döyüşçü və ya mülki şəxs olmasından asılı olmayaraq, atəşkəs təşəbbüsü sülhə və sabitliyə səy göstərilməsinin təzahürüdür. ABŞ bu təşəbbüsü dəstəkləyib. Bu yaxınlarda Pompeo bəyanatla çıxış edərək bildirib ki, ABŞ bu kimi təşəbbüslərə hər zaman dəstək verəcək. Beynəlxalq ictimaiyyətin təmsilçiləri dünən Bakıda keçirilən görüşdə də “Taliban”a sülhün bərqərar olması istiqamətində yardım əlini uzadıb. İndi “Taliban” buna münasibət bildirməlidir”.

Qeyd edək ki, iyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilib. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edib. Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

 




Ana səhifəyə qayıt        Baxış: 309          Tarix: 29-06-2018, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma