Xəbər lenti

"Rusiya Federasiyasının Ali məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması haqqında Ədliyyə Nazirliyinin qaldırdığı vəsadəti təmin edib. Bir sıra politoloqlar bu qərarın Rusiya-Azərbaycan münasibələrinin  korlanmasına yönəlmiş "erməni barmağı" kimi dəyərləndirirlər. Əslində hadisənin bu formada qiymətləndirilməsi bir qədər qorxaq  yanaşmadır və eşşəyi qoyub palanı döyəcləmək məsəlini xatırladır. Ən üzücü olan isə Rusiyanın belə bir qərar verməsində məntiqin olmamasıdır. Azərbaycan tərəfi Rusiya ilə münasibətdə hər zaman açıq siyasət apararaq, yaxın qonşuluq və dostluq  əlaqələrinə səmimi olaraq əməl edib". Bunu  politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, ölkəımizdə rusdilli əhaliyə bütün imkanlar tanınıb: "Onların rus dilində təhsil almasına və mədəni təlabatlarının ödənilməsi üçün hər şərait yaradılıb. Bütün bunların əvəzində isə Rusiya Azərbaycana qarşı məkrli siyasətini davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin həllini bilərəkdən ermənilərin xeyirinə dondurulmuş vəziyyətdə saxlanmasına xidmət edir. Bu yaxınlarda cəbhə bölgəsində bir qrup hərbi və mülki vətəndaşlarımızın "verbovka" edilərək düşmənə xidmət etməsi faktının arxasında rusiya xidmət orqanlarının dayandığına əminəm.

Rusiya Federasiyası Ali Məhkəməsinin belə bir qərar  verməsi şübhəsiz ki, siyasi xarakterli addımdır və Azərbaycana təzyiq vasitəsi olaraq istifadə ediləcək. Rusiya hakimiyyətinin bu siyasi qərarını arxasında hansı addımların atılacağını hesablamalıyıq. Böyük ehtimalla Rusiya siyasi hakimiyyəti bu qərarı unutdurmağa çalışaraq müəyyən güzəştli qərarlar verəcək. Rusiya belə bir gediş edərsə , biz münasibətlərin düzələn istiqamətdə inkişaf etdiyi xəyalına uğramamalıyıq.

Hazırda Azərbaycan Rusiya münasibətləri məhşur rus atalar sözlərində olduğu kimidir.

"МЫ делаем вид, что говорим правду, а ОНИ делают вид, что верят".

Yəni bu atalar sözünü bizim durumuzla əlaqələndirsək təxminən belə bir cümlə yaranar. Rusiya özünü elə göstərir ki, onlar Qarabağ münaqişəsini həll etməyə çalışırlar və bizdə özümüzü elə aparırıq ki, guya buna inanırıq. Əslində isə hər iki tərəf vəziyyəti çox yaxşı bilir. Biz bilirik ki, Qarabağı Rusiya işğal edib. Azərbayсan torpaqlarında qondarma Ermənistan yaradaraq bizi sıxışdıran da Rusiyadır. Almaniya ilə müharibə illərində və sonra Azərbaycanı bütünlüklə sürgün etmək planı da Rusiyaya məxsusdur. O zaman əgər hər iki tərəf bir -birlərini yaxşı tanıyırsa o zaman bu saxta görüşlər, yalançı dostluq bəyanatları kimə gərəkdir. Onsuz da Rusiya Azərbaycana qarşı edə biləcəyi qədər pislikləri edib və bundan sonra da nəyə imkanı çatacaqsa onu da edəcək. Yəni Rusiya hakimiyyəti edə bildiyi qədər pisliklərini etməkdə davam edəcək. Hazırki Rusiya hakmiyyətindən mərhəmət, dostluq və sədaqət gözləmək ya sadəlöhlük ya da çarəsizlikdir".//Olaylar.az

 




Ana səhifəyə qayıt        Baxış: 880          Tarix: 18-05-2017, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma