Xəbər lenti

Xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun sentyabrın 18-20-də Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çində işgüzar səfərdədir.

XİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov “Avrasiyada inklüziv rəqəmsal inkişaf” adlı paneldə çıxış edərək inklüziv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətlər və təcrübə barədə danışacaq.

Səfər əsnasında, həmçinin Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

 




Ana səhifəyə qayıt        Baxış: 693          Tarix: 17-09-2018, 15:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma