Xəbər lenti

Azərbaycan millisi Kosovo yığması ilə Priştinadakı “Fadil Vokrri” stadionunda keçirdiyi oyunda 4-0 uduzub. Stadionda Azərbaycan himni səslənərkən, tamaşaçılar fitə basıblar. Guya, Azərbaycanın Kosovonu tanımaqdan imtina etdiyinə görə etiraz ediblər.

Kosovo 17 fevral 2018-ci ildə birtərəfli qaydada Serbiyadan ayrıldığını bəyan edərək, müstəqilliyini elan edib.  Hazırda 111 dövlət Kosovonun müstəqilliyini tanıyıb. Azərbaycan isə Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmən bəyan edib.

Bakı Kosovonu rəsmən tanımır… Bu, təbiidir.  Çünki Azərbaycan Qarabağ danışıqlarında ən çox “ərazi bütövlüyü”prinsipinə söykənir.

Bəs Qərb Kosovonu necə tanıyıb?

Bu prosesi dünya güclərinin regional münaqişələrə yanaşmada maraqların göstəricisi hesab etmək olar.

17 fevral 2008-ci ildə Kosovonun öz müstəqlilliyinin elan etməsindən sonra BMT TŞ Beynəlxalq Məhkəməyə sual göndərib: “Birtərəfli qaydada müstəqilliyin elan olunması beynəlxalq hüquqa uyğundurmu?”

Məhkəmə 2 ildən sonra – 22 iyul 2010-cu ildə cavab verib.

Cavab belə olub:

79-cu maddə: Dövlətlərin təcrübəsi beynəlxalq hüquqda belə hallarda müstəqilliyin elan olunmasını qadağan edən qaydaya şahidlik etməyib.

81-ci maddə: BMT-nin təcrübəsində birtərəfli qaydada öz müstəqilliyini elan edilməsinə qarşı heç bir ümumi qadağa yoxdur.

84-cü maddə: Beynəlxalq Məhkəmə hesab edir ki, beynəlxalq hüquq müstəqillik Bəyənnaməsinə qarşı heç bir qadağa nəzərdə tutumur.

QƏRAR: Kosovonun 17 fevral 2008-ci ildə birtərəfli qaydada elan etdiyi müstəqillik haqqında Bəyənnaməsi beynəlxalq hüququ pozmur.”

Qərarla bağlı super güclərin mövqeyi:

ABŞ: “Ərazi bütövlüyü prinsipi mövcud olan dövlətlərin ərazisində yeni dövlətlərin yaranmasını istisna etmir. Müstəqillik bəyannaməsi daxili qanunvericiliyi poza bilər. Amma bu, beynəlxalq hüququn pozulması demək deyil. Kosovo da daxil olmaqla bir çox hallarda müstəqillik Bəyannaməsinin elanı yeni dövlətin beynəlxalq hüquqa olan hörmətinin təzahürü olur”.

Almaniya: “Bu, xalqların öz müqəddəratını təyin etmə hüququdur. Belə xalqlara “dövlətlərin ərazi bütövlüyünə hörmət olunması” kimi hüquqi nörma tətbiq edilmir”.

Britaniya: “Müstəqilliyin elan olunması öz-özlüyündə beynəlxalq hüquqla ziddiyət təşkil etmir”.

Fransa: “Beynəlxalq hüquq icazə vermir, amma həm də bu müstəqilliyin elan olunmasını qadağan etmir”.

…Futbolda Kosovoya uduzmaq olar, əsas odur ki, Qarabağı itirməyək!  Görünən odur ki, supergüclərin siyasəti qadağa tanımır, ikili standartı isə adamı heyrətə salır. Bu sərsəm dünyada supergüclərin keyfinin ümidinə qalmaq isə çox təhlükəlidir.

Xaqani SƏFƏROĞLU 

Strateq.az 

 




Ana səhifəyə qayıt        Baxış: 280          Tarix: 21-11-2018, 15:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma