Xəbər lenti

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Rusiyada səfərdədir.

“Report” xəbər verir ki, səfərdə məqsəd MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin VI iclasında iştirak etməkdir.

Görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatı, təşkilata üzv ölkələrin Antiterror mərkəzlərinin fəaliyyəti, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələləri müzakirə edilir.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri təşkilat ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini də nəzərdən keçirəcəklər.

Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.

Görüşdə terror təşkilatlarının maliyyələşdirilməsinin, o cümlədən cinayət yolu əldə edilən gəlirin leqallaşdırılmasının qarşısının alınması istiqamətində birgə fəaliyyətə dair məsələlər də müzakirə olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 21-11-2018, 16:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma