Xəbər lenti

Gay Verhofstadt

“Project Syndicate”

 

Son bir ayda Parisdə baş verən spontan küçə nümayişləri 1968-ci ilin mayındakı kütləvi üsyandan təxminən 50 il sonra baş verir. Ancaq bu, iki hadisənin oxşarlığı mənası vermir. 1968-ci ildə prezident Şarl de Qollun ənənəvi millətçiliyi və avtoritarlığına qarşı tələbələr və fəhlələr anarxist üsyan qaldırmışdı. Bugünkü “sarı jiletlilər”, əksinə, intellektual və siyasi müzakirələrdən yayınır və qiyamçı qrup halına gəliblər.

Dizel yanacağına yeni vergi əleyhinə orta sinfin etiraz olaraq başlayan aksiyalar miqrantlara, Avropa İttifaqına və Fransa prezidenti Emmanuel Makrona qarşı quldur və ekstremistlərin təcəllisinə çevrilib. ABŞ prezidenti Donald Trampın sabiq müşaviri, Milli Cəbhənin lideri Marin Le Penlə yanaşı duran Stiv Bannon başqasının bədbəxtliyinə sevinir: “Paris od içindədir”. Bannonun sözlərinə görə, “sarı jiletlilər… Donald Trampı seçən və “Brexit”-ə səs verənlərdir”.

Ekstremist aktivlik artıq qonşu Belçika və Hollandiyaya yayılıb və indi də onların öz “sarı jiletlilər” hərəkatı var. İtaliyadakı ksenofob daxili işlər naziri Matteo Salvini genişlənən kütləvi iğtişaşlardan Makronun siyasətinə qarşı çıxmaq üçün istifadə edir.

Sağçıların “sarı jiletlilər”dən platforma olaraq istifadə etməsi bütün avropalıları narahat etməlidir. Bugünkü populist partiyaların və hərəkatların əksəriyyəti Kremldən maliyyə dəstəyi alır. Böyük Britaniyanın “2016 Brexit” referendumunun da Rusiyanın “qara pul”larından təsirləndiyi iddiasının çoxalan dəlilləri var. Rus trolları Qərbi Avropda islamofob nifrəti körükləyir.

Alt-sağçılıq miqrasiya və iqlim dəyişikliyi kimi qlobal çağırışların həll yollarını kəsmək üçün insanların qorxularını istismar etməkdə uğur qazanıb. Ayın bu başından o başına güclə dolananlar qaçqın və məcburi köçkünlərin iş yerlərini ələ keçirməsi və Avropa mədəniyyətini məhv etməsi mesajlarını asan həzm edir. Yüksək yanacaq vergisi ilə üzləşmiş fermerlər üçün iqlim dəyişikliyi yalnız siyasi elitlər və media tərəfindən yayılmış uydurmadır.

Belə dezinformasiyaya müqavimət öləzidir. Aİ əleyhinə ümumi populist tənqid qeyri-şəffaf və anlaşılmaz şəkildə fəaliyyət göstərir. İttifaq qlobal çağırışlar qarşısında çox zəifdir. Populistlərin iddiaları qarşısında Avropa qurumları demək olar ki, həmişə “çox az, çox gec” prinsipi ilə işləyir. Bu, kökündən dəyişilməlidir. Aİ-ini daha demokratik, şəffaf və effektiv etmək, yəni bu günə nisbətən daha suveren etmək lazımdır.

Biz Avropanın qurucu atalarının fikirlərinə qayıtmalıyıq. Bu liderlər daha sadə, daha güclü İttifaqın aydın təsəvvürünə malik, 28 nəfərlik bir komissiya deyil, 12 nazirlə real hökumət arzusunda idi. Onlar avropalıların tam səlahiyyətli və qanunverici orqan olan parlamentə səs vermələrini təmin edər və Macarıstan kimi əyləncəli üzv ölkələrə hoqqabazlıq izni verməzdilər.

Məsələn, NATO içərisində müstəqil bir sütun olacaq Avropa ordusu ilə Aİ artıq təhlükəsizliyi ilə bağlı məsələləri ABŞ-a görə təxirə salmaq məcburiyyətində qalmayacaq. “Google”, “Facebook”, “Amazon”, “Samsung” və “Huawei”-in Avropa alternativləri nəhayət ortaya çıxa bilər. Sərhədin patrul və sahil keşikçiləri ilə avropalılar miqrasiya axınlarını idarə etmək üçün Türkiyə, Rusiya və başqalarından az asılı olacaq.

Əlbəttə, sərhədlərimizi idarə etmək özümüzü xarici dünyadan təcrid etmək demək deyil. Avropanın həmişə digər güclərlə əlaqəli olmalıdır. Amma bunu güc mövqeyindən etməliyik.

Avropa İttifaqı öz demokratik potensialını yenidən tanıya bilərsə, alt-sağa və çoxtərəfli hücumlara müqavimət yaranacaq. Daha demokratik bir Avropada küçəyə çıxan vətəndaşlar miqrantlar və jurnalistləri hədəfə almayacaq, qarşılaşdığımız real problemlərin həllini tələb edəcək.

“Sarı jiletlilər” hərəkatından bütün üzv ölkələrə verdiyi dərs: Aİ-də islahatlarla irəliləyərək, milli sosial təhlükəsizlik sistemlərimizi qurmalıyıq. Tam hüquqlu bank ittifaqı ilə vətəndaşların əmanətləri təmin ediləcək və vergi ödəyiciləri özəl sektora bağlılıq üçün çəngəl üzərində dayanmayacaqdır. Pul vahidi və muxtar birgə büdcə ilə, Avrozona başqa maliyyə böhranı halında, daha möhkəmdir.

Avropa iqtisadi islahatlara ciddi yanaşmadığı təqdirdə, iqtisadiyyatımız dünyanın qalan hissəsi ilə müqayisədə struktur baxımından zəif olacaq. 2010-cu ildən etibarən Avro bölgəsində orta illik artım tempi ABŞ-la (2,3%) müqayisədə 1,3% olub. Bu fərq 2010-2018-ci illərdə 1,2 trilyon avro (təxminən 1,4 trilyon dollar) təşkil edir və ya vergi gəliri baxımından təxminən 500 milyard avro itirir. Yalnız Fransa üçün bu, hər il 10 milyard avroya bərabərdir – Makronun “sarı jiletlilər”in orijinal tələblərini qarşılamaq üçün təklif etdiyi büdcə xərcləri.

Avropanın ehtiyacı olan inqilab Paris və ya Brüssel küçələrində deyil, Aİ-nin fəlakətli təsisatlarında baş verməlidir. Beş ildən artıqdır ki, Avropada gündəmə gələn problemləri aradan qaldırmaq olmur, çünki mühafizəkarlar və sosialistlər hakimiyyət uğrunda didişir.

Boşboğazlığı arxada qoyma vaxtı çatıb. Cari dövr fəaliyyət tələb edir. 2019-un may Avropa Parlamenti seçkilərində “Generation Europe” köhnə siyasi nizamı poza bilər və inqilabı küçələrdən siyasi dəhlizlərə apara bilər.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 316          Tarix: 13-12-2018, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma