Xəbər lenti

Fransanın paytaxtı Parisdə başlayan və bütün Avropanı cənginə alan “Sarı jiletlilər” üsyanı bu dəfə Monteneqronun paytaxtında təşkil edilib.

Publika.az xəbər verir ki, paytaxt Podqorikada hökumətə qarşı “diktatorun qaranlığından qorxmuruq” şüarları ilə etiraz aksiyası keçirilib.

Millət vəkili Neboysa Medoyeviçin həbs edilməsinə etiraz olaraq baş qaldıran aksiyada yüzlərlə “sarı jiletli” müxalifətçi iştirak edib.

Protestə Demokratik Cəbhə Partiyasının millət vəkilləri ilə yanaşı, bir çox parlamentari də qatılıb. Milət vəkilləri hökuməti devirmək gücünə malik olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, “Sarı jiletlilər” üsyanı Fransa prezidenti Emmanuel Makronun yanacaq vergilərinin artırılması qərarına etiraz olaraq təşkil edilmiş, daha sonra Belçika və Hollandiyada da bənzər etirazlar keçirilmişdi.

 




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 10-12-2018, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma